peacemaker “FURIA”ya “molodoy”u görmə problemlərinə görə heyətdən kənarlaşdırmağı məsləhət gördü

0 comments

Braziliyalı məşqçi Luiz “peacemaker” Tadeu “FURIA“nın qazaxıstanlı snayperi Daniil “molodoy” Qolubenkonun səhhətindəki problemləri şərh edib. Karyerası ərzində “HEROIC”, “Liquid”, “Complexity”, “Imperial” və digər klublara rəhbərlik etmiş təcrübəli mütəxəssis hesab edir ki, Braziliya təşkilatı kiberidmançını oyunlardan müvəqqəti uzaqlaşdırmalıdır.

peacemaker-in şərhi və tövsiyəsi

Təcrübəli məşqçi oyunçunun gələcəyi və komandanın nəticələri üçün ən doğru addımın fasilə vermək olduğunu vurğulayıb:

“Əgər ‘molodoy’un həqiqətən də səhhətində problemləri varsa, ən doğru qərar onu oyunlardan kənarlaşdırmaq və bərpa olunması üçün imkan yaratmaq olardı. ‘FURIA’ onun növbəti Meycora (Major) yüz faiz hazır olması üçün AWPer və ya dayaq (anchor) mövqeyinə stend-in (stand-in) cəlb edə bilərdi. Əks halda, o, çox güman ki, ilin sonunadək bu problemlə heç bir titul qazanmadan oynamağa davam edəcək və komandadan ayrılacağı təqdirdə bu problemi digər təşkilata ‘ötürməyə’ çalışacaq.”

Xatırladaq ki, “molodoy” görmə qabiliyyəti ilə bağlı, xüsusən də sağ gözündə yaranan problemlərlə üzləşib. Komanda yoldaşı Mareks “YEKINDAR” Qalinskisin sözlərinə görə, səhhətindəki çətinliklər psixoloji təzyiqlə birləşərək qazaxıstanlı snayperin fərdi göstəricilərinə və oyun performansına ciddi şəkildə mənfi təsir göstərir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın