“EA Sports” şirkəti gözlənilən “EA SPORTS FC 27” futbol simulyatorunun rəsmi musiqi pley-listini təqdim edib.
Builki musiqi toplusuna dünyanın 36 ölkəsindən olan sənətçilərin 120 treki daxil edilib. Siyahıda həm məşhur qrupların və ifaçıların (“Interpol”, “The Neighbourhood”, “The Strokes”, “The War on Drugs”, “Royal Blood”, “Chase & Status”, “Little Simz”) hitləri, həm də “Cage The Elephant”, “Mura Masa” və digər artistlərin eksklüziv kompozisiyaları yer alıb.
“EA SPORTS FC 27″nin rəsmi saundtreki artıq “Spotify” striminq xidmətində dinləmək üçün əlçatandır. Oyuna erkən giriş 18 sentyabrda başlayacaq, futbol simulyatorunun tam qlobal relizi isə 25 sentyabr 2026-cı il tarixində baş tutacaq.