“s1mple” dünyanın 325-ci komandasına uduzdu: “BC.Game” seçmə mərhələdən kənarlaşdı

0 comments

BC.Game” komandası CS2 üzrə “Stake Pulse Beat 3” turnirinin ilk açıq təsnifat mərhələsində mübarizəni dayandırıb.

Dördüncü mərhələdə Oleksandr “s1mple” Kostılevin kollektivi VRS reytinqində 325-ci cərgədə qərarlaşan “Xcity” komandasına 8:13 hesabı ilə məğlub olub.

Bu, “BC.Game” təşkilatının turnirlərin seçmə mərhələlərini adlamaq yolunda ardıcıl yeddinci uğursuz cəhdidir. Bununla belə, komandanın “Stake Pulse Beat 3″ə vəsiqə qazanmaq üçün hələ də şansı var — ikinci açıq təsnifat mərhələsi sentyabrın 16-da baş tutacaq.

BC.Game

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın