60 yaşlı çinli qadın videooyunlar sayəsində məşhur strimerə çevrildi

0 comments

Cənubi Çin sakini, internetdə “Cuan xala” kimi tanınan 60 yaşlı Çjuan Tszyuantssyuan videooyunlar sayəsində məşhur strimerə çevrilib. Onun sosial şəbəkə hesablarına 527 mindən çox insan abunədir, gündəlik canlı yayımlarını isə təxminən 10 min izləyici izləyir.

Maraqlıdır ki, Çjuan cəmi altı il əvvəl oynamağa başlayıb. Bundan əvvəl müxtəlif müvəqqəti işlərdə çalışan qadın təxminən 10 il əvvəl təqaüdə çıxıb. İlk vaxtlar o, videooyunları ümumiyyətlə ailəsi üçün problem hesab edirdi.

Videooyunlara həvəs və yayımların başlanması

Ananın oyuna münasibəti 2020-ci ildə, oğlu “Suode” nikneymi ilə işdən çıxarıldıqdan sonra çox oyun oynamağa başlayanda dəyişib. Oğlunun həvəsi ilə maraqlanan Çjuan özü də videooyunları sınamaq qərarına gəlib. Zəif görən gözləri və ləng reaksiyası səbəbindən əvvəlcə ona çətin gəlsə də, o, inadla məşq edib.

2022-ci ildə canlı yayımlara başlayan Çjuan zamanla atıcılıq (shuter) oyunlarındakı çıxışı ilə tanınıb. Ümumilikdə o, oyunlarda 8 000 saatdan çox vaxt keçirib.

donk üzərində qələbə və dəyişən rol bölgüsü

Strimerin məşhurluğu 2024-cü ilin dekabrında, “CS” üzrə onlayn şou-matçda iştirak edərkən kəskin artıb. Onun rəqibi az əvvəl dünya çempionu elan edilən 17 yaşlı rusiyalı kiberidmançı Danil “donk” Krışkovets idi. Matç zamanı Çjuan onu öldürməyi bacarıb.

Bəzi istifadəçilər 60 yaşlı qadının müstəqil şəkildə oynadığına şübhə ilə yanaşırdılar. Bunu sübut etmək üçün “Suode” anasını oyun zamanı müxtəlif bucaqlardan eyni vaxtda çəkən bir neçə kamera quraşdırıb.

Hazırda Çjuanın oğlu onun tamhüquqlu meneceri kimi çalışır. Ailədə rollar faktiki olaraq yerini dəyişib: ana videooyunlar oynayır, oğlu isə hər gün gece yarısı anasının kompüter arxasında çox qalmaması üçün interneti söndürür.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın