“ARC Raiders” oktyabrın 8-dən 12-dək ödənişsiz olacaq

0 comments

“Embark Studios” tərtibatçıları “ARC Raiders” oyunu üçün müvəqqəti ödənişsiz giriş elan ediblər. Oktyabrın 8-dən 12-dək arzulayan hər kes oyunun tam versiyasını sınaqdan keçirə biləcək.

Bu aksiya oktyabrın 8-də təqdim olunacaq irimiqyaslı “Frozen Trail” yenilənməsinin buraxılışına həsr olunub.

Yeni xəritə, nəhəng gəmi və yeni düşmənlər

Yenilənmənin əsas xüsusiyyəti qarlı-buzlu “Pendola Pass” xəritəsi olacaq. Bura qədim İtaliya yaşayış məskəni və “Exodus” nəqliyyat qovşağı daxildir. Həmçinin xəritədə “ARC” texnikalarının ən böyük gəmilərindən biri olan “Frigate” peyda olacaq. Gəminin daxilinə daxil olan oyunçular yeni keçidlər açmalı, döyüş maşınları ilə mübarizə aparmalı və eyni zamanda digər “Raider”lərlə rəqabət aparmalı olacaqlar.

Gəmi və yeni məkandan əlavə, oyunda üç yeni düşmən tipi də debüt edəcək: Bully, Skulker və Hydra.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın