Turnir operatoru “BLAST” 2027-ci ildən etibarən “Dota 2” üzrə keçiriləcək turnirlərində pik/ban (draft) formatını dəyişəcəyini açıqlayıb. Şirkət bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.
Hələlik “BLAST” 2027-ci ildə komandaları gözləyən yeniliklərin bütün təfərrüatlarını tam bölüşməyib. Anonsda yalnız yeni draft formatının “LOCKOUT” adlanacağı qeyd olunur. Ətraflı məlumatın yaxın gələcəkdə ictimaiyyətə təqdim ediləcəyi vəd olunub.
“Fearless Draft” bənzəri sistem gözlənilir
İnsayderlərin verdiyi məlumata görə, “LOCKOUT” formatı “League of Legends”də tətbiq olunan “Fearless Draft” qaydalarını xatırlada bilər. Bu formata əsasən, komandalar eyni seriya çərçivəsində əvvəlki xəritələrdə artıq seçdikləri qəhrəmanları sonrakı oyunlarda yenidən seçmək hüququndan məhrum olurlar.