“Battlefield 6”-da “Dead Space” krossoveri start götürdü: “Marker Incursion” tədbirinin detalları

0 comments

“Electronic Arts” şirkəti “Battlefield 6” oyununda kult qorxu franşizası “Dead Space” ilə rəsmi əməkdaşlıq çərçivəsində hazırlanan xüsusi Hellouin tədbiri — “Marker Incursion”a start verib. Tematik tədbir 10 noyabr tarixinədək davam edəcək.

Krossover çərçivəsində oyuna 16 nəfərlik yeni kooperativ PvE rejimi əlavə olunub. Döyüşlər məşhur “Zone 51” (“Ərazi 51”) məkanında cərəyan edir. İştirakçılar yoluxmuş əsgərlərin hücum dalğalarını dəf etməli və “Qovuşma”nın (Convergence) qarşısını almaq üçün Obelisk qurbangahlarını məhv etməlidirlər. Həmçinin döyüş meydanında oyunçuların tapıb istifadə edə biləcəyi xüsusi “DS-23” impuls tüfəngi yerləşdirilib.

Pulsuz tematik mükafatlar və mağaza dəstləri

Rejimin xüsusi tapşırıqlarını tamamlayan oyunçular tamamilə ödənişsiz tematik mükafatlar əldə edə biləcəklər:

  • Döyüşçü üçün “Aegis VII” skini;
  • “USG Ishimura” və “Plasma Cutter” stikerləri;
  • Profil fonları və xüsusi hərbi nişanlar (patches).

Paralel olaraq oyun daxili mağazada iki xüsusi premium dəst satışa çıxarılıb: “Strategic Dismemberment” dəsti 2100, “Make Us Whole” paketi isə 1600 “Battlefield” sikkəsi (Battlefield Coins) dəyərində qiymətləndirilib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın