EA şirkəti “Battlefield 6” oyununun oktyabrın 13-də start götürəcək beşinci mövsümünün geympley treylerini təqdim edib. Yenilənmənin əsas mövzularından biri Las-Veqas şəhəri olacaq, videonun sonunda isə tərtibatçılar “Dead Space” kainatına aid məzmuna işarə ediblər.
Beşinci mövsümdə oyuna üç yeni xəritə əlavə olunacaq. Bunların arasında mehmanxanalar və kazinolarla zəngin “Las Vegas Strip”, həmçinin məxfiliyi ilə tanınan “Zona 51” (Area 51) yer alır. Treylerdə şəhərdəki irimiqyaslı döyüşlər, kazinolar daxilindəki atışmalar, hava döyüşləri və zirehli texnikadan istifadə nümayiş etdirilib.
Yenilənmə həmçinin altı yeni silah növü, iki yeni nəqliyyat vasitəsi və yeni əməliyyat əlavə edəcək. Nəqliyyat vasitələri arasında treylerdə xüsusilə HIMARS qurğusu nümayiş olunub.
“RedSec” rejimi isə “Rapid Royale” adlanan yeni formata sahib olacaq — burada daha az oyunçu olacaq və zona daha sürətlə daralacaq ki, bu da matçları daha dinamik edəcək. Mövsüm ərzində həmçinin Hellouin tədbiri də daxil olmaqla bir neçə tematik event keçiriləcək.
Treylerin sonunda EA “Dead Space” seriyasından yaxşı tanınan Obelisk (Marker) obyektini göstərərək gələcək kollaborasiyaya və ya tematik məzmuna eyham vurub. Əməkdaşlığın təfərrüatları hələ ki açıqlanmayıb. “Battlefield 6″nın beşinci mövsümü oktyabrın 13-də start götürəcək.