“Singapore Major” stikerlərinin satışı “CS” tarixində ən pis göstərici ola bilər

0 comments 2 views

“PGL Major Singapore 2026” turnirinin stiker satışları meycorlar tarixində ən zəif startı nümayiş etdirir. Bu barədə “SAW” komandasının meneceri Brunu “Marinhas” Marinyeyru “À Prova de Bala” podkastında turnir iştirakçısı olan komandalardan birindəki mənbəyə istinadən məlumat verib. Onun sözlərinə görə, hazırkı göstəricilər hətta “IEM Cologne Major” turnirinin analoji mərhələsindəki nəticələrdən belə geri qalır.

Gəlirlərin kəskin azalması və “Valve”ın dəyişikliklərinin təsiri

Bu vəziyyət kiberidman təşkilatları üçün xüsusilə xoşagəlməzdir, çünki əvvəlki meycorda stikerlərdən əldə olunan gəlirlər 2026-cı ilin digər turnirləri ilə müqayisədə artıq 90% azalmışdı. “HLTV”nin məlumatına əsasən, Kölndəki ilk mərhələdə çıxış edən komandalardan biri Budapeşt meycorundakı 600 min dollara qarşı cəmi 120 min ABŞ dolları qazanıb.

“Marinhas” ehtimal edir ki, “Valve” şirkətinin stiker kapsullarından şans (azart) elementini çıxarması və sabit qiymətlər tətbiq etməsindən sonra azarkeşlərin marağı azalıb. Onun sözlərinə görə, komandalar artıq bu problemin həlli ilə bağlı tərtibatçılara müraciət etmək üçün birləşiblər.

Meycorlardakı stikerlər “Counter-Strike” komandaları və peşəkar oyunçular üçün əsas gəlir mənbələrindən biridir. Oyundaxili avtoqrafların və loqotiplərin satışı təşkilatlara və kiberidmançılara ən nüfuzlu turnirlərdə iştirakdan əhəmiyyətli dərəcədə mənfəət əldə etməyə imkan verir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın