“Valve” şirkəti oyunçular üçün “Steam Awards 2026” mükafatına oyunları namizəd göstərmək imkanını açıb. Platforma istifadəçiləri 30 noyabr tarixinədək 14 kateqoriya üzrə oyun irəli sürə bilərlər. Mükafatın 10 illiyi şərəfinə “Game of the Year” kateqoriyasının əvvəlki qalibləri arasında ən yaxşı oyun ayrıca müəyyənləşdiriləcək. Bu nominasiya “Hall of Fame” adını alıb.
Nigar Məmmədova — az-esports.com kibersport xəbər saytının jurnalisti və redaktorudur. Videooyunlar, turnirlər və kibersport sənayesi ilə bağlı xəbərlərə ixtisaslaşıb, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə. Geymer mədəniyyəti və müasir rəqəmsal trendlərlə maraqlanır. Kibersportun yeni nəsillərin gələcəyi olduğuna inanır.