Oyunçular “Metacritic”də “GTA 6″nın reytinqini aşağı saldılar – istifadəçi balları tənqidçilərin rəylərindən kəskin fərqlənir

0 comments 0 views

“Grand Theft Auto VI” oyununun “Metacritic” aqreqatorundakı istifadəçi qiymətləndirmələri peşəkar tənqidçilərin verdiyi yüksək reytinqdən xeyli aşağı olub. Belə ki, “PlayStation 5” platformasında oyun 10 mümkün baldan cəmi 5,2 bal toplayıb — burada istifadəçi rəylərinin 44%-i müsbət, 8%-i qarışıq, 48%-i isə mənfidir. “Xbox Series X” konsolunda isə vəziyyət daha da ağırdır: oyun 4,8 bal alıb və mənfi rəylərin payı 53% təşkil edir.

Bu göstəricilər oyun mətbuatının reaksiyası ilə kəskin ziddiyyət təşkil edir. Xatırladaq ki, daha əvvəl “GTA 6” peşəkar tənqidçilərdən 100 baldan 99 bal toplayaraq “Universal Acclaim” (Ümumi rəğbət) statusuna layiq görülmüşdü.

Mənfi rəylərdə oyunçular əsasən 30 FPS məhdudiyyətindən, ayrı-ayrı səhnələrdə performans düşüşlərindən, buraxılış zamanı müşahidə olunan texniki xətalardan (baqlardan), süjetin ləng başlamasından və oyunun yüksək qiymətindən şikayətlənirlər. İstifadəçilərin bir qismi həmçinin ayrı-ayrı monetizasiya elementlərini tənqid edir və hesab edir ki, 13 illik gözləntidən sonra “GTA 6” onların ümidlərini tam doğrultmayıb.

Müsbət rəylər və “review-bombing” ehtimalı

Eyni zamanda, müsbət rəylərdə oyunun qrafikası, Leonida ştatının detallılığı, atmosferi, personajları və açıq dünyanın miqyası yüksək qiymətləndirilir.

İstifadəçi reytinqinin aşağı olması qismən məqsədyönlü mənfi rəy kampaniyası (“review-bombing”) ilə də əlaqəli ola bilər. Lakin “Metacritic” reytinqinə əsasən mənfi qiymətlərin hansı hissəsinin “GTA 6″nı həqiqətən oynamış şəxslər tərəfindən yazıldığını dəqiq müəyyən etmək mümkün deyil.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın