Mortal Kombat 1 Oyununun Yeni Qoşma Trailerində “Krik” Filminin Qatil Obrazı Göstərildi

by Elnur Qəhrəmanov
0 comments

NetherRealm StudiosWarner Bros. Games studiyaları Mortal Kombat 1 oyunu üçün “Khaos Reigns” adlı yeni qoşmanın treylerini təqdim ediblər. Video YouTube və sosial şəbəkələrdə yayımlanıb.

Yeni treylerdə məşhur qorxu film seriyası **”Krik”**dən tanınan qatillə – “Ghostface” obrazı ilə səhnələr nümayiş etdirilib. Kombat Pack 2Khaos Reigns paketlərinə sahib olan oyunçular bu yeni döyüşçüdən 19 noyabr tarixindən etibarən istifadə edə biləcəklər. Digər oyunçular üçün isə personajın istifadəyə verilməsi 26 noyabrda planlaşdırılıb.

Mortal Kombat 1 oyunu 19 sentyabr 2023-cü ildə PC, PlayStation 5, Xbox Series X və S, eləcə də Nintendo Switch platformalarında yayımlandı. 24 sentyabrda çıxan Khaos Reigns əlavəsi isə oyuna yeni süjet məzmunu və bir neçə yeni personaj əlavə edib. Bu DLC-ni $50 məbləğində əldə etmək mümkündür.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın