Bu gün, 4 noyabrda BLAST turnir təşkilatçısı 2025-ci ildə Counter-Strike 2 üzrə turnirlərin keçirilmə formatını təqdim edib.
Valve təşkilatı yalnız öz reytinqi əsasında dəvətlərə icazə verdiyi üçün BLAST formatda dəyişikliklər etməyə məcbur olub. Beləliklə, 2025-ci ildə BLAST altı böyük Tier-1 turniri və BLAST.tv Austin Major 2025 turniri ilə yanaşı, səkkiz təsnifat mərhələsi keçirəcək. Yeni tədbirlər The Bounty, The Rivals, The Rising və The Open adlandırılıb.
Şirkətin nümayəndələrinin sözlərinə görə, BLAST komandalara öz tədbirlərində iştirak etmək üçün maliyyə dəstəyi təqdim edəcək. Bu reklam öhdəlikləri çərçivəsində komandalara 2025-ci il ərzində ümumilikdə 4 milyon dollar ödəniş ediləcək.
BLAST Turnir Dəvət Cədvəli 2025
Birinci Mövsüm:
- BLAST Bounty – 16 dekabr, 2024 (mükafat fondu: $650,000)
- BLAST Rising – 3 fevral, 2025 (mükafat fondu: $160,000)
- BLAST Open – 3 fevral, 2025 (mükafat fondu: $540,000)
- BLAST Rivals – 1 aprel, 2025 (mükafat fondu: $650,000)
İkinci Mövsüm:
- BLAST Bounty – 14 iyul, 2025 (mükafat fondu: $650,000)
- BLAST Rising – 14 iyul, 2025 (mükafat fondu: $160,000)
- BLAST Open – 14 iyul, 2025 (mükafat fondu: $540,000)
- BLAST Rivals – 6 oktyabr, 2025 (mükafat fondu: $650,000)
Xatırladaq ki, bu yaxınlarda keçirilən BLAST Premier: World Final 2024 turnirində səkkiz komanda 1 milyon dollarlıq mükafat fondu uğrunda mübarizə aparıb və G2 Esports çempion olub.