LPL Split 1 2025 pley-off iştirakçıları bəlli oldu

by Nigar Məmmədova
0 comments

Çində keçirilən League of Legends üzrə LPL Split 1 2025 turnirinin qrup mərhələsi başa çatdı. 12 yanvar – 16 fevral tarixləri arasında baş tutan qrup oyunlarında komandalar bir-biri ilə mübarizə apararaq pley-off mərhələsinə vəsiqə qazanmağa çalışdılar. Turnirin bu mərhələsində hər qrupdan ilk iki yer tutan komandalar növbəti mərhələyə keçid aldı. İndi isə komandalar daha çətin oyunlarda iştirak edəcək və yalnız ən güclü olan finala qədər irəliləyə biləcək.

Pley-off mərhələsinə yüksələn komandalar

Yuxarı pley-off şəbəkəsinə (1-ci yer tutan komandalar) keçənlər:

  • Ninjas in Pyjamas (NIP)
  • ThunderTalk Gaming (TT)
  • Anyone’s Legends (AL)
  • Jindong Gaming (JDG)

Aşağı pley-off şəbəkəsinə (2-ci yeri tutan komandalar) keçənlər:

  • Weibo Gaming (WBG)
  • BiliBili Gaming (BLG – Worlds 2024 finalçısı)
  • Invictus Gaming (IG)
  • Top Esports (TES)

Pley-off oyunlarının cədvəli

  • 22 fevral, 08:00 (Bakı vaxtı) – Yuxarı şəbəkə BO5 matçları:
    • ThunderTalk Gaming vs Jindong Gaming (JDG)
    • Anyone’s Legends vs Ninjas in Pyjamas (NIP)
  • 23 fevral, 08:00 (Bakı vaxtı) – Aşağı şəbəkə BO5 matçı:
    • Weibo Gaming vs JDG (məğlub olan turniri tərk edəcək)

LPL Split 1 2025 çempionunun mükafatı

Turnirin qalibi Çin çempionu olmaqla yanaşı, 10-16 mart tarixlərində keçiriləcək First Stand 2025 beynəlxalq turnirində ölkəni tək təmsil edən komanda olacaq. Bu, ilin ilk böyük beynəlxalq League of Legends turniri olacaq və burada dünyanın ən güclü komandaları mübarizə aparacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın