Valve studiyasının hazırladığı Deadlock adlı şuter Steamdə ən çox gözlənilən oyunlar siyahısında birinci sıraya yüksəlib. İkinci yerdə hələ çıxmamış Hollow Knight: Silksong, üçüncü yerdə isə Elden Ring qərarlaşıb.
Materialın dərc edildiyi vaxta qədər Deadlock test mərhələsindədir. Artıq 280 mindən çox istifadəçi oyuna çıxış əldə edib və bu çıxışı yalnız testdə iştirak edən şəxsdən şəxsi dəvət yolu ilə almaq mümkündür.
Şuterin buraxılış tarixi hələ elan edilməyib.

26 fevral tarixində Deadlock üçün böyük bir yeniləmə yayımlandı — Valve dördüncü xətti silərək yalnız üç xətt saxladı. Bundan əlavə, tərtibatçılar xətaları aradan qaldırdılar, tıklama tezliyini artırdılar və qəhrəmanların xüsusiyyətlərini dəyişdirdilər.
Deadlockun Esports World Cup 2025-də yarış fənlərindən biri ola biləcəyi haqqında burada məlumat verilib.