EA eChampions League 2025 üçün yenilənmiş formatı təqdim etdi

by Nigar Məmmədova
0 comments

Electronic Arts 2025-ci ildə EA Sports FC 25 çərçivəsində baş tutacaq eChampions League turnirinin yeni formatla qayıtdığını elan edib. Yarış UEFA-nın real Çempionlar Liqası qaydalarına uyğunlaşdırılmış yeniliklərlə keçiriləcək.

Yeni sistemə əsasən, 36 oyunçu vahid liqada mübarizə aparacaq və hər biri 6 matç keçirəcək. Bu mərhələnin sonunda ən yaxşı 24 iştirakçı Knockout Phase adlanan pley-off mərhələsinə yüksələcək. Burada 8 finalçı müəyyənləşəcək.

Turnirə vəsiqə qazanmaq üçün 18 liqadan birində uğur qazanmaq tələb olunur. Seçim kvotası belə bölüşdürülüb:

  • İngiltərə, Almaniya, Fransa, Niderland, İtaliya, İspaniya – hərəsi 4 yer
  • Portuqaliya – 2 yer
  • Finlandiya, Norveç, Çexiya, İrlandiya, Bolqarıstan, Malta, Belçika, Litva, Rumıniya, Lüksemburq – hərəsi 1 yer

Final mərhələsi 28 may 2025-ci il tarixində Almaniyanın Münhen şəhərində yerləşən Eisbach Studios kompleksində keçiriləcək.

Turnirin təqvimi:

  • League Phase: 16–17 may
  • Knockout Phase: 18 may
  • Finals: 28 may

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın