Star Citizen büdcəsi 800 milyon dolları keçdi – oyun rekord qırmağa davam edir

by Nigar Məmmədova
0 comments

2025-ci ilin aprel ayında Star Citizen adlı kosmos mövzusunda çoxoyunçulu macəra oyununun maliyyə dəstəyi 800 milyon ABŞ dollarını aşaraq bütün zamanların ən bahalı video oyunu statusunu qazandı. Bu inanılmaz məbləğə baxmayaraq, oyuna olan maraq azalmayıb – artıq 5,58 milyondan çox oyunçu layihədə qeydiyyatdan keçib.

Son 11 ayda layihəyə əlavə 100 milyon dollar daxil olub ki, bu da oyunçular və investorların oyuna davamlı marağını sübut edir. Bu göstəricilər, oyunun hələ tam versiyada təqdim olunmamasına baxmayaraq, onun gələcəyinə inamın yüksək səviyyədə qaldığını nümayiş etdirir.

Niyə oyun hələ də çıxmayıb?

Layihənin müəllifi olan Cloud Imperium Games studiyası hələlik oyunun rəsmi buraxılışını təxirə salır. Onların planına görə, Star Citizen 2027-ci ilə qədər alfa mərhələsində qalacaq. Bu isə o deməkdir ki, oyun hələ illərlə inkişaf etdiriləcək və hər detal üzərində diqqətlə işlənəcək.

Hazırda oyunun alfa versiyası ardıcıl yenilənir, vizual qrafika təkmilləşdirilir, yeni mexanikalar əlavə olunuroyun dünyası genişlənir. Studiyanın əsas strategiyası – hər şeyin maksimum keyfiyyətlə və uzunmüddətli baxışla hazırlanmasıdır. Bu isə fanatların səbrinə arxalanmağı tələb edir.

Star Citizen gələcəkdə nə vəd edir?

Layihənin müəllifləri 2027-ci ilə qədər 1 milyard dollarlıq büdcəyə çatmağın mümkün olduğunu bildirirlər. Əgər bu plan gerçəkləşsə, Star Citizen tarixdə görünməmiş dərəcədə iri və kompleks bir oyun olaraq qalacaq.

Hazırda isə oyunçular yalnız gözləməklə kifayətlənməlidirlər. Cloud Imperium Games konkret çıxış tarixi elan etməyə tələsmir. Onlar uzunmüddətli hazırlıq planına sadiq qalaraq, oyunçulara unikal və misilsiz oyun təcrübəsi vəd edirlər – bu təcrübənin isə hər qəpiyə dəyməsi hədəflənir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın