10
Street Fighter 6 üzrə Esports World Cup 2025-in ilk seçmə mərhələsi uğurla başa çatdı. Saudi Fighting League Season 3 Major turnirində 59 iştirakçı mübarizə apardı və qalib oyunçu EWC 2025 turnirinə birbaşa keçid hüququ əldə etdi.
EndingWalker finalda fransız rəqibini məğlub etdi
Britaniyanın tanınmış kiberidmançısı Samuel “EndingWalker” Arma (MOUZ) turnirin finalında Maïvin “Kusanagi” Touitou (Falcons, Fransa) üzərində qələbə qazandı. Beləliklə, o, Street Fighter 6 üzrə Esports World Cup 2025-ə vəsiqə qazanan ilk oyunçu oldu.
Qalibə pul mükafatı da verildi
- Mükafat: 7,000 Səudiyyə riyalı (təxminən 5,325 ABŞ dolları)
- Turnirin yeri: Ər-Riyad, Səudiyyə Ərəbistanı
- Tarix: 10 aprel – SF6; 11 aprel – Tekken 8 üçün seçmə