Silent Hill adı ilə saxta test dəvətləri yayılır — Konami xəbərdarlıq etdi

by Nigar Məmmədova
0 comments

Yeni təqdim olunan Silent Hill oyunu artıq internet fırıldaqçılarının hədəfinə çevrilib. Sosial şəbəkələrdə istifadəçilərə guya bağlanmış beta-test mərhələsi üçün dəvət göndərilir. Lakin bu dəvətlər saxtadır və məqsəd şəxsi məlumatların oğurlanmasıdır.

Fırıldaqçılar istifadəçiləri qeyri-rəsmi və təhlükəli linklərə yönləndirərək onların məlumatlarını ələ keçirməyə çalışırlar. Belə hallara qarşı Konami dərhal reaksiya verərək rəsmi açıqlama yayıb.

Hazırda Silent Hill üçün heç bir beta test keçirilməmişdir,” — deyə şirkətdən bildirilib. Tərtibatçılar əlavə ediblər ki, oyuna dair bütün rəsmi məlumatlar yalnız layihənin rəsmi veb saytındaX sosial şəbəkəsindəki təsdiqlənmiş hesab vasitəsilə paylaşılır.

İstifadəçilərə xəbərdarlıq edilir ki, istənilən şübhəli dəvət və linklərə qarşı diqqətli olsunlar və yalnız rəsmi mənbələrə etibar etsinlər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın