MSI 2025: dörd oyun 1 milyondan çox izləyici topladı

by Nigar Məmmədova
0 comments

Esports Charts analitik portalı Mid-Season Invitational 2025 (MSI 2025) üzrə League of Legends turnirinin statistikasını təqdim edib. Turnirin ən izlənilən qarşılaşmaları 1 milyondan çox canlı baxışla yadda qalıb.

Turnirin ümumi göstəriciləri

  • Zirvə baxış sayı: 1 677 986 nəfər
  • Orta baxış sayı: 718 620 nəfər
  • Toplam izləmə saatı: 34 254 180 saat

Qeyd: Çin platformalarının statistikası hesaba daxil edilməyib.

Ən populyar 5 oyun

  1. T1 – CFO (3:2, qalib: T1) — 1,677 milyon baxış
  2. Gen.G – AL (3:2, qalib: Gen.G) — 1,235 milyon baxış
  3. G2 Esports – Gen.G (1:3, qalib: Gen.G) — 1,172 milyon baxış
  4. G2 Esports – GAM (3:2, qalib: G2 Esports) — 1,132 milyon baxış
  5. Bilibili – KOI (3:1, qalib: Bilibili) — 911 min baxış

Turnirin gedişi

MSI 2025 turniri 27 iyun – 12 iyul tarixlərində Kanadanın Vankuver şəhərində keçirilir. Yarışda 10 komanda iştirak edir və əsas məqsəd 2 milyon dollarlıq mükafat fondu ilə yanaşı, Worlds 2025 üçün birbaşa slot qazanmaqdır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın