8 iyul tarixində VALORANT üzrə Esports World Cup 2025 turniri start götürdü. İlk oyun gününün nəticələrinə əsasən, pley-off mərhələsinə vəsiqə qazanan dörd komanda bəlli oldu.
Həlledici mərhələdə Paper Rex, BBL Esports, NRG və Fnatic komandaları mübarizə aparacaq. Daha dörd pley-off iştirakçısının adı isə 10 iyulda bəlli olacaq.
EWC 2025 VALORANT turniri 8–13 iyul tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilir. Turnirin mükafat fondu 1,25 milyon dollardır.
