Səudiyyə Ərəbistanında keçirilən Esports World Cup 2025 turnirində Valorant üzrə qrup mərhələsinin ikinci günü başa çatdı. Bu mərhələnin nəticələrinə əsasən, ilk dörd komanda turnirlə vidalaşdı.
Həlledici qarşılaşmalarda:
- G2 Esports komandası Bilibili Gaming-ə uduzub,
- XLG Esports Sentinels-ə məğlub olub,
- Titan Esports Club Team Heretics-ə qarşı bacarmayıb,
- 100 Thieves isə EDward Gaming-ə məğlub olub.
Bu nəticələr adıçəkilən komandaların turnirdə irəliləmək şansını itirməsinə səbəb olub.
Turnirin ümumi mükafat fondu 1,25 milyon ABŞ dollarıdır və yarış 13 iyula qədər davam edəcək.
Qrup mərhələsinin növbəti oyunları sabah Baki vaxtı ilə saat 13:00-da başlayacaq.