FaZe, NIP və GamerLegion IEM Cologne 2025-in qrup mərhələsinə yüksəldi

by Nigar Məmmədova
0 comments

24 iyul tarixində IEM Cologne 2025 turnirinin Play-In mərhələsinin ikinci oyun günü baş tutdu. CS2 üzrə keçirilən qarşılaşmalarda üç komanda qrup mərhələsinə vəsiqə qazandı, daha üç kollektiv isə turnirlə vidalaşdı.

FaZe komandası Liquid üzərində 2:1 (13:6 Mirage, 10:13 Inferno, 13:2 Nuke) hesablı qələbə qazandı.
GamerLegion isə Virtus.pro kollektivini 2:0 (13:8 Dust2, 13:11 Ancient) hesabı ilə turnirdən kənarlaşdırdı.

MIBR komandası HEROIC-ə (0:2 – 6:13 Train, 4:13 Ancient),
Complexity isə TYLOO-ya (1:2 – 13:11 Overpass, 6:13 Inferno, 11:13 Ancient) uduzaraq mübarizədən kənarlaşdırıldı.

Turnir 23 iyul – 3 avqust tarixlərində Almaniyanın Köln şəhərində keçirilir. Ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın