jcobbb rəsmi olaraq FaZe Clan-a qoşuldu

by Nigar Məmmədova
0 comments

FaZe Clan təşkilatı 21 yaşlı polyak rifleri Jakub “jcobbb” Pietruszewski ilə müqavilə imzaladığını rəsmən təsdiqləyib. Komanda bu barədə sosial şəbəkələrdə elan yayıb.

jcobbb kimdir?

Polyak oyunçu tier-2 səhnəsinin ən perspektivli riflerlərindən biri sayılırdı. 2025-ci ildə o, aqressiv entry-rifler üslubu ilə və orta 6.4 reyting göstəricisi ilə diqqət çəkdi.

Onun top komandalarla yeganə təcrübəsi PGL Bucharest turnirində olub. Həmin yarışda Betclic heyətində The MongolZAstralis üzərində sensasion qələbə qazansalar da, ümumi göstəricisi 5.8 idi.

İndi isə jcobbb FaZe forması altında ali səhnədə özünü sübut etmək imkanı qazanır. O, ehtiyat oyunçuya göndərilən EliGE-i əvəzləyib.

Yenilənmiş FaZe Clan heyəti

  • Finn “karrigan” Andersen
  • Håvard “rain” Nygaard
  • Helvijs “broky” Saukants
  • David “frozen” Čerňanský
  • Jakub “jcobbb” Pietruszewski
    Məşqçi: Filip “NEO” Kubski

Bu transfer FaZe-in heyətindəki dəyişikliklərin davamı oldu. İndi bütün diqqət gənc jcobbb-in bu əfsanəvi kollektivə necə uyğunlaşacağına və komandanın çempionluq səviyyəsinə qayıdışına yardımçı olub-olmayacağına yönəlib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın