Fortnite.com məlumatına görə, məşhur oyun Fortnite britaniyalı virtual qrup Gorillaz ilə əməkdaşlıq elan edib. Oyuna qrup üzvlərinin skinləri və tematik əşyalar əlavə olunacaq.
26 avqustdan başlayacaq bu kolaborasiya Fortnite Festival-ın onuncu mövsümü çərçivəsində təqdim ediləcək. Oyunçular qrupun virtual üzvləri – Mördok, 2D, Noodle və Rassel-in obrazlarını əldə edə biləcəklər.
Yeniləməyə həmçinin Fortnite Radio üçün xüsusi musiqilər və tematik konsert məkanı daxildir.
Gorillaz kimdir?
Virtual qrup Gorillaz musiqiçi Deymon Albarn və rəssam Ceymi Hyulette tərəfindən yaradılıb. Qrup Clint Eastwood və Feel Good Inc. kimi dünya miqyasında məşhur hitləri ilə tanınır.
Fortnite musiqi kolaborasiyalarını davam etdirir – daha əvvəl oyunda Ariana Grande, Eminem, Marshmello və Lady Gaga kimi ulduzlar da yer almışdı.