Menecer Team Spirit, Team Falcons oyunçusunun sözlərinə cavab verdi

by Nigar Məmmədova
0 comments

Team Spirit meneceri Dmitri “Korb3n” Belov Team Falcons komandasının kerri oyunçusu Oliver “Skiter” Lepkonun provokasiya dolu açıqlamasına reaksiya verib. Hadisə FISSURE Universe: Episode 6 turnirindən sonra baş verib.

Belov öz Telegram kanalında yazıb:

“Skiter, qardaş təbrik edirəm, amma bir yarım həftəyə İntda sən uçacaqsan. Sonra revans götürməli olacaqsan BetBoom daçada.”

Buna qədər Oliver Lepko Team Spirit-i “zibil kollektiv” adlandırmış və Team Falcons-un qələbəsini Riyadh Masters 2025-dəki məğlubiyyətin qisası kimi qiymətləndirmişdi. O turnirin finalında Spirit 3:0 hesabı ilə qalib gəlmişdi.

Əsas mübarizə isə hələ qarşıdadır: The International 2025 – ilin ən böyük Dota 2 turniri 4–14 sentyabr tarixlərində Hamburqda keçiriləcək. Çempionatın mükafat fondu artıq 2 milyon dollardan çoxdur və komanda dəstək paketlərinin satışına görə artmaqda davam edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın