2
Riot Games gələn ilin VALORANT Champions Tour mövsümü ilə bağlı detalları açıqladı.
Əsas turnir – VALORANT Champions 2026
Yarışın kulminasiya nöqtəsi – VALORANT Champions 2026 – sentyabr-oktyabr aylarında Çinin Şanxay şəhərində baş tutacaq.
Masters seriyası
- İlk beynəlxalq turnir VALORANT Masters 2026: Santiago olacaq. Çilinin paytaxtı Santyaqoda keçiriləcək yarış fevralın sonu – martın əvvəlində təşkil ediləcək.
- Növbəti iri tədbir isə VALORANT Masters 2026: London olacaq və iyun ayında baş tutacaq.