Strimer Kurt kurtjmac Maknamara 14 il davam edən səyahətdən sonra Minecraft oyununda dünyanın sonuna çatmağı bacarıb.
Bu nailiyyət canlı yayım zamanı qeydə alınıb. Maknamara 12,5 milyondan çox blok məsafə qət edib və nəticədə oyunçular arasında əfsanəvi sayılan “Uzaq Torpaqlar”a (Far Lands) çatıb.
“Uzaq Torpaqlar” — Minecraft-ın köhnə versiyalarında yaranan coğrafi sərhəddir. Burada landşaft pozulur və xaotik strukturlar əmələ gəlir. Strimer uzun illərdir bu məqsədə doğru irəliləyirdi və onu sadiq iti Woolfy müşayiət edirdi. O, indi bu ərazidə oyuna davam etməyi planlaşdırır.

Minecraft 2011-ci ildə buraxılıb. Bu, oyunçuların bloklardan ibarət açıq dünyanı araşdırıb qurduğu məşhur sandbox janrında bir oyundur. Oyun PC (Windows, macOS, Linux), konsollar (Xbox One, Xbox Series X/S, PS3, PS4, PS5) və mobil cihazlar (iOS, Android) üçün əlçatandır.