Gearbox Borderlands 4 üçün böyük yeniləmə hazırlayır

by Nigar Məmmədova
0 comments

Gearbox komandası Borderlands 4 üçün yeni böyük yeniləmə üzərində işləyir — bu dəfə məqsəd silah balansını və personajların passiv bacarıqlarını dəyişməkdir. Oyunun yaradıcı direktor köməkçisi Grant Kao sosial şəbəkələrdə ilk detalları bölüşüb və Graham Timmons ilə birlikdə növbəti patch üçün əsas istiqamətləri müəyyən etdiklərini bildirib.

Kao-nun sözlərinə görə, komanda bəzi rekursiv effektli passiv bacarıqların davranışına xüsusi diqqət yetirir, həmçinin müəyyən əfsanəvi tapançaların effektivliyini artırmaq və saldırı tüfənglərinə “parlamaq şansı” vermək istəyir.

Gearbox relizdən bəri əsasən texniki problemlərin və bug-ların aradan qaldırılmasına fokuslanırdı, lakin indi studiya daha genişmiqyaslı dəyişikliklər planlaşdırır.

İcma nümayəndələri ehtimal edirlər ki, bu yeniləmə Vex personajının məşhur Crit Knife build-una da təsir göstərə bilər. Bu build Bloodletter qabiliyyətinə əsaslanır və rekursiv zərər effekti ilə güclü “qanlı” zərbələr vurur. Gearbox əvvəllər etiraf etmişdi ki, Bloodletter təsadüfən zəiflədilib, çünki artıq status-effekt kimi işləmirdi. Buna görə, bu problemin düzəldilməsi növbəti yeniləməyə daxil ola bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın