HLTV 2025-ci il üçün “Hall of Fame” (Şöhrət Zalına) daxil olmağa namizəd olan kiberidmançılar siyahısını təqdim edib.
Qaliblər 2026-cı il 10 yanvarda, Serbiyanın Belqrad şəhərində keçiriləcək illik mükafatlandırma mərasimində açıqlanacaq. Qaliblər xüsusi Rolex saatı ilə təltif ediləcək.
Seçim prosesi bir neçə mərhələdən ibarətdir:
- Pitching (ilkin seçim) – namizədlərin təqdim olunması.
- Rəy mərhələsi (review) – bütün materialların dəyərləndirilməsi.
- Səsvermə – komissiya üzvləri oyunçulara 1-dən 5-ə qədər yerlər verir (müvafiq olaraq 5, 4, 3, 2 və 1 xal).
Hər il 3–5 nəfər “Şöhrət Zalına” daxil edilir. Aktiv oyunçular və məşqçilər isə bu nominasiyada iştirak edə bilməzlər.
2025 Hall of Fame namizədləri
- Peter dupreeh Rasmussen
- Jørgen XeqtR Johannessen
- Ola elemeNt Moum
- Abdisamad SpawN Mohamed
- Raphael cogu Camargo
- Egor markeloff Markelov
- Kyle KSharp Miller
- Danny fRoD Montaner
- Kenny kennyS Schrub
- Olof olofmeister Kajbjer Gustafsson
