ESL Pro League Season 22 oktyabr ayında ən çox izlənilən turnirlərdən biri olub

by Nigar Məmmədova
0 comments

Esports Charts portalı 2025-ci ilin oktyabr ayı üzrə peşəkar səviyyədə keçirilən e-idman turnirlərinin izlənmə statistikasını təqdim edib.

Məlumatlar fərqli platformalardan, lakin Çin xidmətləri istisna olmaqla, toplanıb. Reytinqdə birinci yeri 2025 World Championship (3,27 milyon izləyici) tutub. İlk üçlüyə həmçinin MPL Indonesia Season 16 (çempion – ONIC) və MPL Philippines Season 16 (çempion – Team Liquid PH) daxil olublar.

Top-5 turnir sıralaması belədir:

  1. 2025 World Championship — 3,27 milyon izləyici
  2. MPL Indonesia Season 16 — ONIC
  3. MPL Philippines Season 16 — Team Liquid PH
  4. VALORANT Champions 2025 — NRG Esports
  5. ESL Pro League Season 22 — Team Vitality

Beləliklə, ESL Pro League Season 22 oktyabrda ən çox izlənilən beş turnir arasında yer alıb.

Qeyd edək ki, Worlds 2025 14 oktyabr – 9 noyabr tarixlərində LAN formatında keçirilir. Yarışda 17 komanda, o cümlədən T1, Gen.G Esports, G2 Esports, PSG Talon, BLG və digərləri iştirak edir. Ümumi mükafat fondu 5 milyon ABŞ dolları təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın