Dota 2 üzrə BLAST Slam IV turnirinin grand-finalı başa çatıb. Tundra Esports, Team Falcons üzərində 3:2 hesabı ilə qələbə qazanaraq çempion adını qazanıb.
Mükafatlar və nəticələr
- Qələbə sayəsində Tundra Esports turnirdən 400 min ABŞ dolları,
- gümüş mükafatçı Team Falcons isə 200 min ABŞ dolları qazandı.
Bundan əlavə, Tundra, Falcons, MOUZ və HEROIC ilk dördlüyə daxil olduqları üçün BLAST Slam VI turnirinə birbaşa vəsiqə əldə etdilər. NAVI isə turniri Play-In mərhələsində tərk edib və 7–8-ci yeri tutdu.
BLAST Slam IV 14 oktyabr – 9 noyabr tarixləri arasında keçirilib. Turnirin ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edib.