Kibersport təşkilatı Team Liquid BMT-nin Uşaq Fondu UNICEF ilə tərəfdaşlıq etdiyini elan edib. Tərəflər UNICEF-in Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yönəldilmiş bir sıra təşəbbüslər üzərində birlikdə çalışacaq.
Tərəfdaşlığa bir neçə fəaliyyət daxildir. Onlardan biri təşkilatın kontent yaradıcılarının iştirak etdiyi və 20 noyabrda başlayacaq striminq kampaniyasıdır. Təşkilat kampaniya haqqında əlavə detalları yayım zamanı açıqlayacağını bildirir.
Təşəbbüslər arasında təşkilat və UNICEF tərəfindən birgə hazırlanmış oyun daxili inteqrasiyalar da mövcuddur.
UNICEF ilk dəfə deyil ki, kibersport klubu ilə əməkdaşlıq edir. 2020-ci ildə qurum Fnatic ilə “Got Your Back” kampaniyası üçün birləşmişdi. Həmin çərçivədə xeyriyyə strimləri keçirilmiş və oyun, həmçinin kibersport sahələrində pozitivliyi təşviq edən kontent yaradılmışdı.