PARIVISION, PGL Wallachia Season 6 turnirinin pley-off mərhələsinin yuxarı setkasında MOUZ komandasını 2:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra MOUZ aşağı setkaya düşüb.
Qələbə sayəsində PARIVISION yuxarı setkanın yarımfinalına yüksəlib və 21 noyabr tarixində Team Spirit – HEROIC cütünün qalibi ilə qarşılaşacaq.
MOUZ isə həmin gün, 21 noyabrda, eyni cütün məğlub olan komandası ilə aşağı setkada turnirdən kənar qalmaq uğrunda oynayacaq.
PGL Wallachia Season 6 turniri 15–23 noyabr 2025 tarixlərində Buxarestdə (Rumıniya) keçirilir. Yarışda 16 komanda iştirak edir və 1 milyon ABŞ dolları məbləğində mükafat fondu uğrunda mübarizə aparır.