League of Legends-də WASD ilə hərəkət etmək mümkün olacaq

by Nigar Məmmədova
0 comments

Riot Games açıqlayıb ki, 3 dekabrda çıxacaq 25.24 yeniləməsi ilə League of Legends-də çempionları WASD düymələri ilə hərəkət etdirmək mümkün olacaq. Bu idarəetmə üsulu əvvəlcə test serverlərində sınaqdan keçirilib və oyunçuların köməyi ilə bir sıra nasazlıqlar aşkarlanıb.

Yeni sistem həmçinin tək bir düymə ilə 45 dərəcə bucaq altında hərəkət etməyə imkan verəcək. WASD nəzarəti oyuna tədricən əlavə olunacaq: əvvəlcə normal matçlarda (normal draft istisna olmaqla) aktiv olacaq.

Bu idarəetmə formasının reytinqli oyunlara əlavə edilməsi yalnız zamanla sınaqdan keçirildikdən sonra baş verəcək. Riot bununla bağlı iki məqsəd qoyur: kritik bug-ların qarşısını almaq və oyun balansını pozmamaq.

Yeniliklərdən biri də kameraya aiddir: siçanın təkər düyməsini basıb saxladıqda oyunçu kameranı müvəqqəti sərbəst hərəkət etdirə biləcək – başqa xəttləri yoxlamaq və ya gank hazırlamaq üçün. Düymə buraxılan kimi kamera əvvəlki mövqeyinə qayıdacaq.

Riot Games, həmçinin, yaxın yeniləmələrdə reytinqli matçlarda komanda balanssızlığı və uzun növbə gözləmə müddətləri ilə mübarizə aparmağı planlaşdırdığını bildirib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın