Fortnite Mobile Series barədə detalları açıqlanıb — mükafat fondu $1 mln

by Nigar Məmmədova
0 comments

Epic Games yeni turnir seriyasını — Fortnite Mobile Series-i təqdim edib. Blitz Royale oyun rejimində keçiriləcək yarışlar 5 dekabr 2025-ci ildə start götürəcək. Seriyanın ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

Birinci mərhələdə Şimali Amerika (Mərkəz), Avropa, Şimali Amerika (Qərb), Okeaniya, Asiya, Yaxın Şərq və Braziliya regionlarından olan oyunçular Fortnite Mobile Series-də mübarizə aparacaqlar. Bu mərhələ aylıq açıq turnirlərdən ibarət olacaq.

Qrup mərhələsində və yarımfinalda hər server regionunun ən güclü oyunçuları qarşılaşacaq.

  • Şimali Amerika (Mərkəz)Avropa regionlarından ilk üçlük,
  • Digər regionlardan isə ilk iki oyunçu
    yarımfinaldan oflayn keçiriləcək Mobile Series Championship mərhələsinə vəsiqə qazanacaq.

Tarixdə ilk dəfə keçiriləcək Mobile Series Championship zamanı 16 finalçı 200 min dollarlıq mükafat fondunun payı uğrunda mübarizə aparacaq.

Bundan əlavə, yarımfinal və Championship mərhələləri arasında dörd Solo Mobile Victory Cash Cup turniri keçiriləcək. Bu seriya mobil cihazlarda solo Fortnite oyunçuları üçün nəzərdə tutulub: ikinci raundda Victory Royale qazanan hər bir oyunçu 100 dollar mükafat alacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın