Steam-də idman festivalı başlayıb. İdman mövzusuna həsr olunmuş oyunları 15 dekabr 2025-dək endirimlərlə almaq mümkündür.
İstifadəçilər Sledders (-36%), Tape to Tape (-25%), REMATCH (-25%), Way of the Hunter (-60%) və daha bir çox layihəni endirimlə əldə edə bilərlər.
Bundan əlavə, oyunçular Steam profilini bəzəmək üçün müxtəlif dekorasiyalar ala bilərlər. Onlar arasında “Sport-parad” avatarı, “Sadiq fanatlar” çərçivəsi və “İrəli, komanda!” stikerini qeyd etmək olar.
Festival 15 dekabr 2025-ci il saat 22:00-da Bakı vaxtı ilə başa çatacaq.