Bu materialda 1xBet Azərbaycan-ın kiberidman üzrə ekspertləri CS2, Dota 2 və Valorant üzrə ən yaxşı gənc kiberidmançıları bir araya gətirib. Seçimə daxil olan bəzi oyunçular artıq 2025-ci ildə özlərini parlaq şəkildə göstəriblər, digərləri isə yaxın zamanda tam potensialını açmağa imkan verəcək bacarıqlara malikdir.
Counter-Strike 2
Danil “molodoy” Golubenko
2025-ci ilin aprelində Qazaxıstanlı gənc snayperin AMKAL ESPORTS kimi kiçik komandanı tərk edib FURIA-ya keçməsi braziliyalıların Valve və HLTV reytinqlərində birinci yerə yüksəlməsinə imkan verdi. Komanda FISSURE Playground #2, IEM Chengdu 2025 və BLAST Rivals Fall 2025 turnirlərində qalib gəldi və finalda The MongolZ, Vitality və Falcons kimi top komandaları məğlub etdi. Danil «molodoy» Golubenkonun bu turnirlərin qələbəsinə verdiyi töhfə iki MVP medalı ilə qiymətləndirildi – bunlar onun karyerasında ilk idi. Əgər FURIA StarLadder Budapest Major 2025-i udsa, «molodoy» 2025-ci ilin ən yaxşı debütantı statusunu rəsmi olaraq qazanacaq və HLTV Rookie of the Year 2026 mükafatını almaq ehtimalı demək olar ki, təmin olunmuş olacaq.
Maksim “kyousuke” Lukin
Maksim Team Spirit Academy-nin yetirməsidir, lakin onun ilk təşkilatı ulduz oyunçu Danil «donk» Kryshkovets ilə rəqabət yaratmamaq üçün «kyousuke»ni Team Falcons-a satdı. Debütant isə Nikola «NiKo» Kovac və İlya «m0NESY» Osipov kimi titul qazanmış komanda yoldaşlarının fonunda itmədi.2025-ci ildə «kyousuke» mövsümü 1,26 reytinqlə keçirir və bu göstərici snayper «m0NESY»dən cəmi 0,01 bal geri qalır. Mеycorda yüksək səviyyəli performans nümayiş etdirərsə, o, təkcə komandanın ən yaxşı oyunçusu deyil, həm də ilin yekunlarına əsasən ən yaxşı debütant ola bilər.
Oldrich “PR” Novy
Mövsümün ən əvvəlində Almaniya təmsilçisi GamerLegion gənc çex oyunçusu Oldrich Novy-ni MOUZ NXT akademiyasından transfer etdi. Oyunçu gözləntiləri dərhal doğrultdu: parlaq haylaytlar nümayiş etdirdi və mütəmadi olaraq yüksək reytinq topladı (hazırda 1,12 göstərici ilə komandanın ən yaxşı oyunçusudur).Təəssüf ki, komandanın ümumi səviyyəsi «PR»ın tam potensialını açmasına imkan vermir. Buna görə də, böyük ehtimalla, 2026-cı ildə Avropanın top kollektivlərindən biri onu transfer edəcək.
Dota 2
Alan “Satanic” Gallyamov
Müasir Dota 2-nin ən parlaq gənc ulduzlarından biri bu il Team Spirit-dən PARIVISION-a icarə əsasında keçdi. «Satanic»in köməyi ilə komanda ESL One Raleigh 2025 və DreamLeague Season 26-da qızıl, PGL Wallachia Season 4 və BLAST Slam IV-də gümüş, həmçinin DreamLeague Season 25, Esports World Cup 2025 və ilin əsas turniri – The International 2025-də bürünc medal qazandı.Cəmi 18 yaşında olan «Satanic» son dərəcə ölçülü, sabit və yetkin oyun nümayiş etdirir. Buna görə də, onun qarşıda çox parlaq gələcəyinin olduğu demək olar ki, şübhə doğurmur.
Artem “Niku” Bachkur
Artem Bachkur 2025-ci ildə NAVI Junior-un qeyri-adi uğur hekayəsinin bir hissəsinə çevrildi. Əsas NAVI heyəti Esports World Cup 2025-ə seçmələrdən sensasiyalı şəkildə keçə bilmədikdən sonra, menecment qərar verdi ki, əsas komanda statusu gənclər heyətinə verilsin – gotthejuice, Niku, pma, Zayac və Riddys-dən ibarət yığma.Məhz bu heyət The International 2025 üçün uğurla kvalifikasiya qazandı və nəticədə Artem «Niku» Bachkur Dota 2 üzrə dünya çempionatları tarixinin ən gənc iştirakçılarından biri oldu.
Stanislav “Malr1ne” Potorak
Məhz Stanislav Potorakın Falcons-a qoşulması ilə komanda nəhayət turnirləri udmağa başladı. 2024-cü ildə «Şahinlər» altı Tier-1 turnirində qızıl qazandılar, lakin Malr1ne üçün əsl uğur onun karyerasında və Team Falcons tarixində ilk dəfə ilin əsas turniri – The International 2025-də çempionluq oldu.
Valorant
Stefan “Sayonara” Mitcu
Peşəkar Valorant səhnəsinin ən gənc oyunçularından biri cəmi 17 yaşında artıq top komanda olan Team Vitality-də çıxış edir. Komanda hələ böyük titullar qazanmasa da, Stefan «Sayonara» Mitcu-nun potensialı həqiqətən inanılmazdır və o, haqlı olaraq Valorant-ın ən parlaq yüksələn ulduzu hesab olunur.
Emirhan “hiro” Kat
Ötən il Emirhan Kat Fnatic heyətində VCT 2025: EMEA Stage 2-nin qalibi oldu, bu il isə NAVI-yə transfer olunaraq parlaq oyununu davam etdirir. Əgər «hiro» eyni tempdə inkişaf etməyə davam edərsə, çox güman ki, yaxın zamanda öz ilk VALORANT Champions kubokunu qaldıracaq.
Benjy “benjyfishy” Fish
Benjy Fish bu siyahıdakı ən qeyri-adi gənc kiberidmançılardan biridir. O, karyerasına 14 yaşında Fortnite oyunçusu kimi başladı və NRG klubunda çıxış edərək $670 000-dan çox mükafat qazandı. 18 yaşında rəsmi olaraq «pensiyaya çıxsa» da, o, daha sonra Valorant-a keçdi və yenidən uğur qazandı! Team Heretics heyətində «benjyfishy» VALORANT Masters Shanghai 2024 və VALORANT Champions 2024 turnirlərində gümüş medal, həmçinin Esports World Cup 2025 çempionluğunu əldə etdi!
1xBet mobile yüklesmartfonuna yüklə ki, ən maraqlı kiberidman hadisələrindən hər zaman xəbərdar olasan!