Battlefield-in rəhbəri və Call of Duty-nin yaradıcısı avtomobil qəzasında həlak olub

by Nigar Məmmədova
0 comments

Electronic Arts-ın icraçı vitse-prezidenti Vins Zampella 55 yaşında avtomobil qəzasında vəfat edib. Bu barədə məlumatı NBC4 Los Angeles nəşri yayıb.

Faciə 21 dekabr 2025-ci il tarixində baş verib. Hadisə ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında qeydə alınıb: avtomobil dağ yolundan çıxaraq beton çəpərə çırpılıb. Qəza zamanı maşında Zampelladan başqa daha bir nəfər də olub.

Vins Zampellanın kariyerası:

  • Yaradıcılıq yoluna 1990-cı illərdə başlayıb.
  • Infinity Ward studiyasının rəhbəri kimi Call of Duty seriyasının yaradıcılarından biri olub.
  • Daha sonra Respawn Entertainment şirkətinə rəhbərlik edərək Titanfall-un hər iki hissəsini ərsəyə gətirib.
  • Apex LegendsBattlefield 6 layihələri üzərində çalışıb.
  • Onun rəhbərliyi altında çıxan Battlefield 6, Steam-də 747 mindən çox eyni vaxtda onlayn oyunçu sayı ilə EA üçün rekord uğura imza atıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın