Ultimate-in uğursuzluğu 2025-ci ilin ən populyar Twitch klipi oldu

by Nigar Məmmədova
0 comments

Analitika şirkəti Esports Charts, 2025-ci ildə Twitch platformasında ən çox izlənilən 10 kiberidman klipinin siyahısını hazırlayıb. Siyahıda mütləq liderliyi Team Liquid-in snayperi Roland “ultimate” Tomkovyakın The MongolZ-a qarşı matçdakı uğursuz anı qazanıb.

Reytinqdə yer alan ilk 10 klip:

1. ultimate The MongolZ-a qarşı: Mirage xəritəsində B sayta daxil olan monqol oyunçular polşalı snayperin gizləndiyi küncü yoxlamayıblar. Bir neçə asan fraq etmək şansı olsa da, ultimate atəş açmaqda gecikib, hədəfləri qaçırıb və dərhal öldürülüb. Bu an kiberidman aləmində sürətlə virusa çevrilib.

ultimate The MongolZ-a qarşı

2. s1mple-ın qayıdışı: Aleksandr “s1mple” Kostılyovun FaZe Clan heyətində icarə əsasında çıxışı zamanı IEM Dallas 2025-də etdiyi “AWP 4k” (Mirage-da dörd ardıcıl öldürmə) anı ikinci pillədə qərarlaşıb.

s1mple

3. oxygeN-in şübhəli anı: Blagoy “oxygeN” Dimitrovun onlayn turnirdəki qeyri-təbii siçan hərəkətləri böyük müzakirələrə və onun “çiterlik”də ittiham olunmasına səbəb olub.

oxygeN

4. Team Liquid-in RWF qələbəsi: World of Warcraft tarixində Team Liquid-in 2025-ci ildə ilk dəfə “Race to World First” (Dünya üzrə ilk reyd fəthi) yarışında qalib gəldiyi an.

Liquid

5. Falcons-un “məğlubedilməz” raundu uduzması: Falcons komandasının MIBR-a qarşı 5v3 üstünlükdə və bomba qurulmuş vəziyyətdə raundu əldən verməsi.

Falcons

6. EmiliaQAQ müsahibəsi: Lynn Vision oyunçusunun zəif ingilis dili biliyi səbəbindən maraqlı keçən müsahibəsi.

EmiliaQAQ

7. HasanAbi qalmaqalı: CS Asia Championships 2025 yayımı zamanı şərhçilərin tanınmış strimer HasanAbi-nin iti ilə bağlı qalmaqalı xatırlatması.

HasanAbi

8. Punk-ın FGC azarkeşlərinə müraciəti: Street Fighter 6 oyunçusu Viktor “Punk” Vudlinin qalibiyyətdən sonra Dominikan azarkeşlərinə ünvanladığı provokativ və emosional çıxışı.

Punk

9. broky-nin NAVI-yə qarşı klatçı: BLAST Open Fall 2025-də broky-nin Mirage xəritəsində 1v3 vəziyyətdən çıxaraq raundu qazanması.

10. magixx-in dürüst şərhi: Team Spirit oyunçusunun BLAST Bounty Spring 2025-də xəritələr arasındakı müsahibədə verdiyi səmimi və sərt cavablar.

magixx

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın