Çin təmsilçisi Bilibili Gaming “League of Legends” üzrə keçirilən “First Stand Tournament 2026″da böyük zəfər qazanıb. Turnirin həlledici qarşılaşmasında rəqibi “G2 Esports“u 3:1 hesabı ilə məğlub edən kollektiv çempionluq kubokunu başı üzərinə qaldırıb.
Bu möhtəşəm qalibiyyət “Bilibili Gaming”ə 250 min dollar pul mükafatı qazandırıb. Turniri ikinci pillədə başa vuran “G2 Esports” isə göstərdiyi performansa görə 150 min dollar əldə edib.
“First Stand Tournament 2026” martın 16-dan 22-nə qədər Braziliyanın San-Paulu şəhərində yerləşən “Riot Games Arena”da keçirilib. Ümumi mükafat fondu 1 milyon dollar olan turnir kiberidman həvəskarlarına unudulmaz anlar yaşadıb.