BLAST Rivals Season 2 keçiriləcək şəhər açıqlanıb – turnir Çində baş tutacaq

by Nigar Məmmədova
0 comments

Təşkilatçı BLAST, sosial şəbəkələr vasitəsilə Rivals Season 2 turnirinin keçiriləcəyi məkanı elan edib.

Turnir 14–16 noyabr tarixlərində Çinin Honqkonq şəhərində baş tutacaq. Dünyanın aparıcı maliyyə mərkəzlərindən biri sayılan Honqkonq bu mötəbər tədbirə ev sahibliyi edəcək. Turnirin ümumi mükafat fondu 350 min dollar təşkil edir. Qalib komanda bu məbləğlə yanaşı, çempion titulu və kubok da qazanacaq.

İştirakçılar necə müəyyənləşəcək?

  • Əsas iştirakçılar Valve şirkətinin reytinq sisteminə (VRS) əsasən seçiləcək.
  • Bəzi komandalar isə seçmə mərhələlər vasitəsilə final mərhələsinə vəsiqə qazanacaqlar.

Turnir formatı necə olacaq?

  • Qrup mərhələsi – bütün oyunlar best-of-3 formatında keçiriləcək.
  • Pley-off mərhələsiSingle elimination (yalnız bir məğlubiyyətlə turnirdən çıxma) sisteminə əsasən təşkil olunacaq.
  • Final qarşılaşması isə best-of-5 formatında baş tutacaq.

BLAST artıq bilet satışına start verildiyini açıqlayıb. Turnir dünyaca tanınan kollektivlərin iştirakı ilə ilin əsas e-idman hadisələrindən biri olacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın