HLTV platforması 2025-ci ilin yekunlarına görə Community Awards qaliblərini elan edib. Bu mükafatların nəticələri 100% platformanın aktiv istifadəçilərinin səsverməsi ilə müəyyənləşib. Səsvermə 31 dekabrda başa çatıb və istedad, turnir, strimer, kontent-meyker və ilin skini kateqoriyalarını əhatə edib.
Community Awards 2025-in qalibləri:
İlin İstedadı (Talent of the Year)
- Qalib: James “BanKs” Banks (Böyük Britaniya) — o, ardıcıl ikinci dəfə bu mükafatı qazanıb.
- 2-ci yer: Chad “SPUNJ” Burchill.
- 3-cü yer: Freya Spiers.

İlin Turniri (Tournament of the Year)
- Qalib: StarLadder Budapest Major — bu turnir az fərqlə BLAST.tv Austin Major və IEM Cologne-i qabaqlayıb.
- Qeyd: Budapeşt turniri Team Vitality-nin çempionluğu ilə başa çatmışdı.

İlin Strimeri (Streamer of the Year)
- Qalib: Mark “ohnePixel” Zimmermann (Almaniya) — o, artıq üçüncü ildir ki, bu nominasiyada liderliyi qoruyur.
- 2-ci yer: Erik “fl0m” Flom.
- 3-cü yer: Vadim “Evelone192” Kozakov — o, ilk dəfə top-3-ə daxil olub.

İlin Kontent-Meykeri (Content Creator of the Year)
- Qalib: Litvalı dima_aimbots — o, ötən ilin qalibi NadeKing-i geridə qoymağı bacarıb.
- 3-cü yer: İsveçli video-meyker Virre.

İlin Skini (Skin of the Year)
- Qalib: AWP | Printstream (müəllif JTPNZ) — səslərin yarısından çoxunu toplayaraq Glock-18 | Shinobu və M4A4 | Full Throttle skinlərini geridə qoyub.

