az-esports
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
  • MATÇ MƏRKƏZİ
Worlds 2024
LoL

Worlds 2024 çempionluq skinləri təqdim olundu

by Nigar Məmmədova Avqust 30, 2025
Yazanın adı Nigar Məmmədova

Riot Games League of Legends üçün yeni çempionluq skinlərini təqdim edib. Bu kolleksiya Cənubi Koreyanın T1 komandasının Worlds 2024-də qazandığı qələbəyə həsr olunub.

Worlds 2024 qələbəsinə görə fərdi skinlər alan oyunçular:

  • Çoi “Zeus” Vu Ci – Gnar (karyerasında 3-cü çempionluq skin)
  • Mun “Oner” Hyon Cun – VI (2-ci çempionluq skin)
  • Li “Faker” San Hyok – Yone və Sylas (prestijli) – (karyerasında 6-cı çempionluq skin)
  • Li “Gumayusi” Min Hyon – Varus (2-ci çempionluq skin)
  • Ryu “Keria” Min Sok – Pyke (2-ci çempionluq skin)

T1 komandasının çempionluq skinləri 10 sentyabrda 25.18 oyun patch-i ilə bütün oyunçular üçün əlçatan olacaq.

Xatırladaq ki, Worlds 2024 turniri 25 sentyabr – 2 noyabr 2024 tarixlərində Almaniya, Fransa və Böyük Britaniyada keçirilib. Turnirin ümumi mükafat fondu 2 milyon 225 min dollar təşkil edib.

Avqust 30, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
BLAST Slam III
Dota 2

BLAST Çində milyon dollarlıq Dota 2 turniri keçirəcək

by Nigar Məmmədova Avqust 29, 2025
Yazanın adı Nigar Məmmədova

Turnir operatoru BLAST Dota 2 üzrə BLAST Slam V çempionatını elan edib. Yarış 25 noyabr 2025-ci ildə Çinin Çendu şəhərində start götürəcək.

Pley-off mərhələsi 5–7 dekabr tarixlərində Wuliangye Chengdu Performing Arts Centre kompleksində baş tutacaq. Arena 12 min tamaşaçı tutumuna malikdir.

Turnirin ilk iştirakçıları artıq müəyyənləşib:

  • Team Spirit
  • PARIVISION
  • Team Falcons
  • Team Liquid
  • Tundra Esports
  • Heroic

Ümumilikdə 1 milyon dollarlıq mükafat fondu uğrunda 12 komanda mübarizə aparacaq. Qalan yerlər iki dəvətli komanda və Avropa, Çin və Cənub-Şərqi Asiyanın regional seçmələrinin qalibləri arasında bölüşdürüləcək.

Avqust 29, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
LEC Summer 2025
LoL

LEC Summer 2025 pley-off şəbəkəsi dərc olundu

by Nigar Məmmədova Avqust 29, 2025
Yazanın adı Nigar Məmmədova

Riot Games studiyası LEC Summer 2025 turnirinin pley-off şəbəkəsini təqdim edib. Yuxarı şəbəkə qarşılaşmaları:

  • Karmine Corp – G2 — 7 sentyabr, 19:00
  • Fnatic – Movistar KOI — 8 sentyabr, 19:00

Hər bir cütün qalibləri birbaşa LEC Summer 2025 LAN-finalına və Worlds 2025-ə vəsiqə qazanacaq. Aşağı şəbəkə matçları (təslimiyyət mərhələsi):

  • Team Heretics – Team Vitality — 5 sentyabr, 19:00
  • Team BDS – GiantX — 6 sentyabr, 19:00

LEC Summer 2025 turniri 2 avqust – 28 sentyabr tarixlərində keçirilir. Ümumi mükafat fondu 80 min avro, üç ən güclü komanda isə Worlds 2025-ə vəsiqə əldə edəcək.

Avqust 29, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
The International 2025
Dota 2

The International 2025-də şveyçar sistemi dəyişdiriləcək

by Nigar Məmmədova Avqust 29, 2025
Yazanın adı Nigar Məmmədova

BetBoom Team-in meneceri Luka Nasuashvili The International 2025 üzrə Dota 2 turnirində format dəyişikliyini açıqlayıb – bütün komandalar səkkiz iştirakçıdan ibarət iki qrupa bölünəcək.

Turnirin rəsmi saytının məlumatına görə, ilk üç raund hər qrup daxilində oynanacaq. 4-cü raundda eyni nəticəli komandalar digər qrupun rəqibləri ilə qarşılaşacaq, 5-ci raunddan etibarən isə qruplar nəzərə alınmayacaq.

Turnir cədvəlində yerlərin müəyyənləşdirilmə meyarları:

  • Matçlarda qələbələrin sayı
  • Məğlubiyyətlərin sayı
  • Qazanılmış oyunların faizi
  • Keçmiş rəqiblərin qələbələrinin sayı
  • Keçmiş rəqiblərin orta qələbə faizi
  • Püşk atışı

4:0 nəticə göstərən komanda və 4:1 hesabı ilə çıxış edən iki kollektiv birbaşa pley-off mərhələsinə yüksələcək. 3:2 hesabı ilə oynayan komandalar 2:3 nəticəsi olanlarla qarşılaşacaq və qaliblər də növbəti mərhələyə vəsiqə qazanacaqlar.

The International 2025 Almaniyada 4–14 sentyabr tarixlərində keçiriləcək. Turnirin mükafat fondu artıq 2,179 milyon dollardan çoxdur və oyun içi dəstək paketlərinin satışından artmaqda davam edir.

Avqust 29, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
Sentyabrda izləməyə dəyən 5 top kiberidman turniri
Kibersport xəbərləri

Sentyabrda izləməyə dəyən 5 top kiberidman turniri

by Nigar Məmmədova Avqust 29, 2025
Yazanın adı Nigar Məmmədova

Yay fasiləsindən sonra turnir operatorları aktiv fəaliyyətə qayıdır və kiberidmam azarkeşlərinə CS2, Dota2, Valorant və digər növlər üzrə ən maraqlı yarışları təqdim edirlər. Bu materialda 1xBet Azərbaycan sentyabr ayında xüsusi diqqətə layiq beş kiberidman turnirinə icmal təqdim edir

The International 2025 

  • Keçirilmə vaxtı: 4–14 sentyabr
  • Növ: Dota 2
  • İştirakçıların sayı: 16 
  • Mükafat fondu: $2,150,000+

Dota 2 üzrə ilin əsas turniri 2011-ci ildən bəri ilk dəfə Almaniyaya qayıdır. Pley-off oyunları Hamburqdakı Barclays Arena-da minlərlə azarkeşin qarşısında keçiriləcək. 

Turnirin əsas favoritləri – ikiqat çempionlar Team Spirit vəTeam Liquid, yaxşı şansa sahib digər komanda isə PARIVISION-dur. Digər tərəfdən, son iki il ardıcıl olaraq The International-ın qrand finalına qədər yüksələn Gaimin Gladiators oyunçular və təşkilat arasında yaranmış münaqişəyə görə turnirdən sensasion şəkildə çəkildi. The International 2025-in mükafat fondu artıq $2,15 milyon həddini keçib və azarkeşlər arasında çox populyar olan dəstək paketlərinin satışları sayəsində artmağa davam edir.

FISSURE Playground #2

  • Keçirilmə vaxtı: 12–21 sentyabr
  • Növ: CS2
  • İştirakçıların sayı: 16
  • Mükafat fondu: $500,000

Sentyabrda CS2 üzrə ən maraqlı turnir adına mübarizədə FISSURE Playground #2 bütün parametrlərdə BLAST Open Fall 2025-i üstələdi – həm iştirakçıların sayı, həm də mükafat fondu baxımından. Sıx qrafik və yorğunluq səbəbindən Vitality, Spirit və MOUZ kimi top komandalar turniri buraxmaq qərarına gəldilər. Bu isə o deməkdir ki, 1xBet -in tərəfdaşı olan The MongolZ və Aurora Gaming komandalarının qələbə şansı daha da artır

LCK 2025 Playoffs

  • Keçirilmə vaxtı: 10–28 sentyabr
  • Növ: League of Legends
  • İştirakçıların sayı: 6 
  • Mükafat fondu: $405,000

League of Legends üzrə dünyanın ən güclü liqasının cari mövsümü final mərhələsinə yaxınlaşır. Məhz sentyabr ayında hansı dörd komandanın Çində keçiriləcək LoL Worlds 2025-də Koreyanı təmsil edəcəyi bəlli olacaq. Gen.G Esports, MSI 2025-in qalibi kimi artıq dünya çempionatında iştirakını təmin edib. Amma T1, Hanwha Life Esports, KT Rolster və digər komandalar qalan slotlar uğrunda mübarizəni davam etdirirlər. Yekun cavabı isə LoL Worlds-un startına təxminən bir yarım ay qalmış, sentyabrın sonunda öyrənəcəyik.

VALORANT Champions 2025

  • Keçirilmə vaxtı: 12 sentyabr – 5 oktyabr
  • Növ: VALORANT
  • İştirakçıların sayı: 16
  • Mükafat fondu: $2,250,000

Bangkok və Toronto şəhərlərində keçirilən iki Masters turnirindən sonra növbə gəldi ən güclünü taclandırmağa – Parisdə baş tutacaq VALORANT Champions 2025-də. Bu günə qədər keçirilmiş dünya çempionatlarında hələ heç bir komanda iki dəfə qalib olmayıb: Acend (2021), LOUD (2022), Evil Geniuses (2023) və EDward Gaming (2024) hərəsi bir dəfə titul qazanıb. Görək, bu il ənənə pozulacaqmı, yoxsa yenə də yeni çempion olacaq – məsələn, Paper Rex, Fnatic, T1 və ya G2 Esports? Cavabı özünüz VALORANT Champions 2025-də görəcəksiniz!

FNCS 2025 Global Championship

  • Keçirilmə vaxtı: 6–7 sentyabr
  • Növ: Fortnite
  • İştirakçıların sayı: 33
  • Mükafat fondu: $2,001,000

Fortnite yarış təqvimi digər kiberidman növlərindən ciddi şəkildə fərqlənir. İl ərzində təşkilatçılar altı regional divizionda (Europe, NA Central, NA West, Brazil, Asia, Middle East və Oceania) üç böyük turnir keçirirlər. Bu mərhələlərin yekununa görə hər regiondan bir neçə ən yaxşı komanda Global Championship-ə vəsiqə qazanır.Məsələn:FNCS 2023-də 73 oyunçu cütlüyü iştirak etmişdi, FNCS 2024-də isə bu rəqəm 50-yə enmişdi, FNCS 2025-də isə hər biri üç nəfərdən ibarət 33 komanda mübarizə aparacaq.

Cəmi iki gün ərzində komandalar 12 oyun keçirəcək və nəticədə Fortnite üzrə dünyanın ən güclü triosu müəyyənləşəcək.
Ən maraqlı sentyabr kiberturnirlərində sevimli komandalarına dəstək verməyi qaçırmayın!

Avqust 29, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
JL NAVI
CS2

NAVI Fnatic-i məğlub etdi və BLAST Open London 2025-də irəlilədi

by Nigar Məmmədova Avqust 28, 2025
Yazanın adı Nigar Məmmədova

Natus Vincere komandasI Aleksib (Aleksi Virolaynen) rəhbərliyi altında BLAST Open London 2025-in qapalı seçmələrində Fnatic üzərində inamlı qələbə qazandı. Görüş 2:0 hesabı ilə başa çatdı.

NAVI hər iki xəritədə üstün oyun nümayiş etdirdi — əvvəlcə Train xəritəsini 13:10 hesabı ilə qazandı, daha sonra isə Mirage-də 13:8 hesabı ilə rəqibinə şans vermədi.

Növbəti mərhələdə NAVI yarımfinalda FaZe Clan ilə qarşılaşacaq.

Qapalı seçmələr 27 avqust – 1 sentyabr tarixlərində keçirilir. Turnirin LAN-finalına altı komanda vəsiqə qazanacaq. Fnatic isə A qrupunun aşağı setkasında mübarizəsini davam etdirəcək.

Avqust 28, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
The International 2025
Dota 2

The International 2025 fentezi-liqası üçün ən yaxşı oyunçular və taktikalar

by Nigar Məmmədova Avqust 28, 2025
Yazanın adı Nigar Məmmədova

The International 2025-ə az qalıb və bu, Dota 2 azarkeşləri üçün fentezi-liqada uğurlu start vermək vaxtıdır. Bu il sistem tamamilə pulsuzdur və hər kəs qoşula bilər.

Fentezi-liqa ötənilki formatı qoruyub saxlayır: oyunçular siyahıdan 3 kiberidmançını seçir və onların oyun içi hərəkətlərinə görə xal toplayır:

  • Qətl: 121 xal
  • Sağ qalmaq: başlanğıc 1800 xal, hər ölüm üçün -180 xal
  • Farm: hər bir dobitmiş creep üçün 3 xal
  • İqtisadiyyat: GPM göstəricisinin ikiqatı
  • Obyektiv nəzarət: qüllə üçün 340 xal
  • Dəstək: hər qoyulmuş ward üçün 113 xal

Ən yaxşı seçimlər

  • Kerri: İlya Yatoro Mulyarçuk və Alan Satanic Qalliamov — farm və sağ qalma göstəricilərində mövsümün liderləridir.
  • Mid: Danil gpK~ Skutin — qətl/ölüm nisbətində ən yaxşı nəticəni göstərir. Alternativ olaraq Bojidar bzm Boqdanov — yüksək farm səmərəliliyi ilə seçilir.
  • Səpport: Metyu Whitemon Filmona — ward və stack göstəricilərinə görə öndədir. Miroslav Mira Kolpakov isə “dördlük” mövqeyinə baxmayaraq, tam dəstək rolunu səmərəli yerinə yetirir.

Emblemlər üçün məsləhətlər:

  • Kerrilər üçün GPM və creep farm bonusları
  • Midlər üçün sağ qalma və komanda döyüşlərinə qatılma göstəriciləri
  • Səpportlar üçün ward və stack üstünlükləri
Avqust 28, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
S1mple Ekatze
CS2

S1mple Ekatze ilə bağlı şayiələrə münasibət bildirdi

by Nigar Məmmədova Avqust 28, 2025
Yazanın adı Nigar Məmmədova

Məşhur CS2 oyunçusu Aleksandr s1mple Kostılyev sosial şəbəkədə izləyicisinin sualına cavab verərək romantik münasibət barədə yayılan şayiələri təkzib edib.

Onun şəxsi həyatı ilə bağlı söz-söhbətlər İspaniyada keçirilən istirahətdən sonra yayılıb. s1mple kontent-meyker Yekaterina Ekatze Bulankina ilə dostlarının müşayiəti ilə vaxt keçirib, birlikdə canlı yayımlar aparıb və stolüstü oyunlar oynayıb.

Xatırladaq ki, Kostılyevin BCGame klubuna keçidi onun Natus Vincere komandasında keçirdiyi doqquzillik karyerasını başa vurdu. Bu müddət ərzində o, böyük nailiyyətlər əldə edib: “Major” qalibi olub və Intel Grand Slam titulunu qazanıb.

Avqust 28, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
dota 2
Dota 2

Dota 2 son 9 ayın ən yüksək onlayn artımını göstərdi

by Nigar Məmmədova Avqust 28, 2025
Yazanın adı Nigar Məmmədova

SteamDB məlumatına görə, Dota 2-də orta onlayn göstərici 2025-ci ilin avqustunda 512 min oyunçuya çatıb — bu da iyul ayına nisbətən 20% çoxdur.

Pik aktivlik də nəzərəçarpacaq dərəcədə artıb — 13 avqust axşamı oyunda eyni anda 813 min istifadəçi olub. Belə sıçrayış noyabr 2024-dən bəri qeydə alınmamışdı. O vaxt Valve yeni qəhrəman Kez ilə “Fallen Crown” (Pадшая корона) yeniləməsini təqdim etmişdi.

Oyunun tam rekordu isə 2016-cı ilin fevralında qeydə alınıb — “Spring Cleaning” (Yaz təmizliyi) yeniləməsindən sonra onlayn 1,291 milyon istifadəçiyə çatmışdı.

Son keçirilən Esports World Cup 2025 turnirində isə Dota 2 yayımları 429,5 min izləyici toplayaraq ən populyar oyunlar siyahısında 9-cu yeri tutub.

Avqust 28, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
T1 LCK T1 LCK 2025-də Hanwha Life üzərində qalib gəldi-də Hanwha Life üzərində qalib gəldi
LoL

T1, Hanwha Life Esports üzərində qələbə qazandı — LCK 2025

by Nigar Məmmədova Avqust 28, 2025
Yazanın adı Nigar Məmmədova

T1, Hanwha Life Esports komandasına qalib gələrək Cənubi Koreya turniri LCK Season 2025-də Legends qrupunda ilk “top-2”yə düşmək şanslarını artırdı.

BO3 formatında keçirilən qarşılaşma 2:1 hesabı ilə T1-in xeyrinə başa çatdı. Matçın MVP-si — Ryu “Keria” Min Sok seçildi.

Hazırda T1-in qrup mərhələsindəki nəticəsi 20-9, komanda 2-ci yerdə qərarlaşıb. Ən yaxın izləyicisi Hanwha Life Esports-un göstəricisi isə 19-10-dur. Əgər T1 son oyununda Gen.G üzərində qələbə qazanarsa, ilk dördlüyə yüksələrək Worlds 2025 üçün birbaşa vəsiqə əldə edəcək.

T1 – Gen.G oyunu 30 avqust, saat 09:00-da keçiriləcək.

LCK Season 2025 turniri 2 aprel – 28 sentyabr tarixləri arasında davam edir. Ümumi mükafat fondu təxminən 382 min dollar, ilk 4 komanda isə Çində baş tutacaq Worlds 2025-ə vəsiqə qazanacaq.

T1 LCK T1 LCK 2025-də Hanwha Life üzərində qalib gəldi-də Hanwha Life üzərində qalib gəldi
Avqust 28, 2025 0 comments
FacebookTwitterPinterestCopy Link
Yeni Paylaşımlar
Əvvəlki paylaşımlar

Son ismarıclar

  • Tomb Raider: Legacy of Atlantis rəsmən 2027-ci ilin fevralına təxirə salındı
  • Until Dawn 2 rəsmən elan olundu — Qorxu oyunu 2027-ci ildə gəlir
  • Viza problemlərinə görə Rusiya komandası BLAST SLAM VII-nin LAN mərhələsini qaçıracaq
  • State of Play-in əsas anonsları: Yeni “God of War” və “Marvel’s Wolverine”dən 7 dəqiqəlik geympley
  • Futbol üzrə Dünya Çempionatı 2026 “Rocket League”-in 23-cü mövsümünə gəlir

Son şərhlər

No comments to show.

Son xəbərlər

  • Tomb Raider: Legacy of Atlantis rəsmən 2027-ci ilin fevralına təxirə salındı
  • Until Dawn 2 rəsmən elan olundu — Qorxu oyunu 2027-ci ildə gəlir
  • Viza problemlərinə görə Rusiya komandası BLAST SLAM VII-nin LAN mərhələsini qaçıracaq
  • State of Play-in əsas anonsları: Yeni “God of War” və “Marvel’s Wolverine”dən 7 dəqiqəlik geympley
  • Futbol üzrə Dünya Çempionatı 2026 “Rocket League”-in 23-cü mövsümünə gəlir

Kateqoriyalar

  • Facebook

© az-esports.com 2026. Bütün hüquqlar qorunur. Bu saytın məzmunu müəllif hüquqları ilə qorunur. Məzmunun tam və ya qismən surətinin çıxarılması, yayılması və ya istifadə edilməsi yalnız az-esports.com-un yazılı icazəsi ilə mümkündür.

az-esports
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
  • MATÇ MƏRKƏZİ