My Blog
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
Hollow Knight
Oyun Xəbərləri

Hollow Knight: Silksong yaxın günlərdə çıxa bilər — fanatlar Summer Game Fest-də ani reliz gözləyir

by Nigar Məmmədova İyun 6, 2025
Yazanın adı Nigar Məmmədova

Altı illik uzunmüddətli səssizlikdən sonra Hollow Knight: Silksong yenidən diqqət mərkəzinə qayıdıb. İlk dəfə 2019-cu ildə elan edilən oyun bu yaxınlarda bir neçə mühüm yeniliklə yadda qalıb: Nintendo Switch 2 təqdimatında adı çəkildi, Steam səhifəsində texniki dəyişikliklər oldu və sentyabrda Avstraliya oyun sərgisində iştirak edəcəyi təsdiqləndi. Bütün bunlar isə Summer Game Fest ərəfəsində baş verir və oyun dünyasında böyük həyəcan yaradıb.

Steam yenilənməsi ümidləri artırdı

3 iyun tarixində, Bakı vaxtı ilə səhər saatlarında, Silksong oyununun Steam səhifəsində yeni “depot” əlavə olundu. Bu “depot” üçün “Store or CD key” növü təyin edilib – bu da oyunun satışa hazırlandığına işarə edir. Bu xəbər, gizli buraxılış (shadow drop) ehtimalını daha da gücləndirib.

Fanatlar emosiyalarını saxlaya bilmir

Reddit və digər sosial platformalarda Silksong azarkeşləri artıq çoxdan bu anı gözləyirlər. Reddit istifadəçisi appleappleappleman aparıcı Geoff Keighley-ə emosional müraciət edib:
“GEOFF. GEOFF, BU SHADOW DROP OLACAQ? GEOFFREY, XAHİŞ EDİRƏM.”

Başqa bir istifadəçi LittleGoblinBoy isə oyunun çıxışını bu sözlərlə təsvir edib:
“Bir az da kədərlənəcəyəm. Bu gözləmə artıq həyatımın bir parçası idi. Sanki köhnə bir dostla vidalaşıram.”

“Endgame” yaxınlaşır?

Bir çox fanat üçün Hollow Knight: Silksong təkcə oyun deyil — bu, illərlə davam edən birgə gözləmə, ümid və zarafatlarla dolu səmimi bir icmadır. Artıq azarkeşlər deyirlər:
“Biz artıq endgame-dənik.”

Summer Game Fest tədbiri bir neçə günə başlayacaq və çoxları məhz burada Silksongun gözlənilməz şəkildə reliz olacağına inanır.

İyun 6, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
GAMESUMMIT 2025
Azərbaycan kibersportu

GAMESUMMIT 2025: ilin Azərbaycandakı əsas oyun tədbiri

by Nigar Məmmədova İyun 5, 2025
Yazanın adı Nigar Məmmədova

6–8 iyun tarixlərində Bakıda Azərbaycanın ən böyük oyun festivalı – GAMESUMMIT 2025 keçiriləcək. Tədbir minlərlə oyun və müasir mədəniyyət həvəskarını, oyun tərtibatçılarını, sənaye üzrə ekspertləri və keyfiyyətli əyləncələri sevən hər kəsi bir araya gətirəcək! Bu materialda 1xBet Azərbaycan nümayəndələri GAMESUMMIT 2025 haqqında bilməli olduğunuz hər şeyi izah edəcəklər.

Oyun və əyləncə sahəsində möhtəşəm festival GAMESUMMIT 2025 Bakının Nardaran qəsəbəsində yerləşən Sea Breeze Resort kompleksində keçiriləcək. Festivalın təşkilatçıları hər kəsin zövqünə uyğun fəaliyyət tapa biləcəyi zəngin bir proqram hazırlayıblar.

Biznes konfransı

GAMESUMMIT 2025 festivalı 6 iyun tarixində oyunların hazırlanması və real biznesdə proseslərin oyunlaşdırılmasına həsr olunmuş biznes konfransı ilə açılacaq. Konfrans iştirakçıları qlobal GameDev sahəsində son tendensiyalarla tanış olacaq, həmçinin oyunların hazırlanması və buraxılışı ilə bağlı ən aktual məsələləri panel müzakirələr zamanı mütəxəssislərlə birlikdə müzakirə edə biləcəklər. Azərbaycan üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri isə ölkədə oyun sənayesinin inkişafı ilə bağlı baxışlarını təqdim edəcəklər.

Çıxışlar arasındakı fasilələrdə və əsas proqramın sonunda iştirakçıları oyun studiyaları, nəşriyyatlar və investorlarla netvörkinq gözləyir. Əgər siz oyun hazırlanması sahəsində karyera qurmağı xəyal edirsinizsə, bu konfrans sizə ətraflı məlumat əldə etməyə və faydalı tanışlıqlar qurmağa kömək edəcək. GAMESUMMIT 2025-in ilk günü isə möhtəşəm konsertlə yekunlaşacaq.

Oyun və əyləncə festivalı

Şənbə və bazar günləri – 7 və 8 iyun tarixlərində festival oyun, əyləncə və müasir mədəniyyət azarkeşləri üçün qapılarını açacaq. Saysız stendlərdə iştirakçılar oyun sənayesinin ən yeni hitlərini pulsuz sınaqdan keçirə, hələ çıxmamış layihələri isə ilk dəfə test edə biləcəklər. Retro oyunların və stolüstü oyunların həvəskarları isə bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər.

Kiberidman azarkeşləri isə maraqlı döyüşlərdən zövq almaq və sevimli oyunçularına azərkeşlik etmək imkanı əldə edəcəklər, çünki təşkilatçılar möhtəşəm mükafatlı kiberturnirlər keçirəcək:

  • 5-ə 5: Counter-Strike 2, Valorant, Mobile Legends
  • 1-ə 1: League of Legends, PUBG Mobile, Fortnite, Mortal Kombat 1, UFC, FC 25

Gik-mədəniyyəti həvəskarları isə unikal məhsullar, kolleksiya suvenirləri və daha nələr-nələr əldə edə biləcəkləri yarmarkanı görmədən keçə bilməyəcəklər. Burada həmfikir insanlarla tanış olmaq və söhbətləşmək imkanı da olacaq.

GAMESUMMIT 2025 çərçivəsində həmçinin kospley müsabiqəsi və K-pop şousu keçiriləcək. Final mərhələsində ən parlaq ifaçılar və ən yaradıcı obrazların müəllifləri sponsorlar tərəfindən hədiyyə və mükafatlarla təltif olunacaqlar.

Festivalın təşkilatçıları ziyarətçilər üçün müxtəlif aktivliklər, iştirak üçün dəyərli hədiyyələr, ödənişsiz fotosessiya zonaları, geniş fudkort və musiqi qruplarının çıxışları hazırlayıblar.Beynəlxalq brend 1xBet  The MongolZ, Aurora Gaming və ESL kimi tanınmış kiberidman komandalarının sponsoru  sizi GAMESUMMIT 2025 festivalını ziyarət etməyə dəvət edir! 6–8 iyun tarixlərində Sea Breeze Resort-a gəlin və Azərbaycanın ən möhtəşəm oyun və əyləncə tədbirinin ab-havasından zövq alın!

İyun 5, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
LTA North 2025
LoL

LTA 2025: League of Legends üzrə regional final ABŞ-ın Texas ştatında keçiriləcək

by Nigar Məmmədova İyun 5, 2025
Yazanın adı Nigar Məmmədova

Riot Games LTA 2025 Regional Finals turnirinin ABŞ üzrə final mərhələsinin keçiriləcəyi məkanı elan edib. League of Legends üzrə region finalı Texas ştatının Allen şəhərində yerləşən Credit Union of Texas Event Center arenasında baş tutacaq.

Bu arena daha əvvəl də e-idman yarışlarına ev sahibliyi edib – 2019-cu ildə burada Overwatch League-in Homestand Weekend mərhələsi keçirilmişdi. 6275 nəfərlik tutuma malik stadion, izləyicilərə yüksək səviyyəli oyun atmosferi təqdim edəcək.

LTA 2025 Regional Finals:

  • Keçirilmə tarixi: 18–28 sentyabr
  • Ümumi mükafat fondu: 205 min ABŞ dolları
  • Məkan: Allen, Texas (Credit Union of Texas Event Center)

Turnirin qalibi və ən güclü komandalar LoL üzrə dünya çempionatına vəsiqə qazanmaq şansı əldə edəcək. Yarış eyni zamanda bölgənin ən güclü kollektivlərini üz-üzə gətirəcək və LoL azarkeşləri üçün möhtəşəm qarşılaşmalara zəmin yaradacaq.

İyun 5, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
Esports World Cup 2025 CS2
CS2

Esports World Cup 2025: CS2 üzrə turnirdə iştirak edəcək komandalar açıqlanıb

by Nigar Məmmədova İyun 5, 2025
Yazanın adı Nigar Məmmədova

Esports World Cup Foundation (EWCF) 2025-ci ildə keçiriləcək Esports World Cup çərçivəsində Counter-Strike 2 (CS2) üzrə dəvət alan komandaların siyahısını rəsmi sosial media hesablarında açıqlayıb.

Asian Champions League 2025 qalibi TYLOO turnirdə avtomatik iştirak hüququ qazanan ilk komanda olub. Bundan əlavə, 2025-ci il mayın 25-nə olan Valve reytinqinə əsasən aşağıdakı komandalar da birbaşa dəvət alıblar:

  • NAVI
  • Team Vitality
  • Team Spirit
  • MOUZ
  • Team Falcons
  • The MongolZ
  • G2 Esports
  • GamerLegion
  • FaZe Clan
  • Astralis
  • 3DMAX
  • Team Liquid
  • HEROIC
  • Virtus.pro (vp)
  • Aurora Gaming

Turnir 20–24 avqust tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək. CS2 üzrə bu mötəbər yarışın ümumi mükafat fondu 1 milyon 250 min ABŞ dolları təşkil edəcək.

Bu tədbir dünya üzrə aparıcı komandaları bir araya gətirəcək və oyunsevərlərə həyəcan dolu qarşılaşmalar və yüksək səviyyəli mübarizə vəd edir.

İyun 5, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
The Witcher 4
Oyun Xəbərləri

CD Projekt RED “The Witcher 4” üçün yeni treyler təqdim etdi

by Nigar Məmmədova İyun 5, 2025
Yazanın adı Nigar Məmmədova

State of Unreal 2025 tədbiri çərçivəsində Polşanın məşhur oyun studiyası CD Projekt RED “The Witcher 4” adlı oyununun ikinci rəsmi treylerini təqdim edib. Yeni video həm vizual baxımdan, həm də texniki baxımdan oyunsevərlərdə böyük maraq doğurub.

Treylerdə təqdim olunan kadrlar PlayStation 5 konsolunda çəkilib və ray tracing texnologiyası ilə 60 FPS dəstəyi təmin edilib. Bu da oyunun həm detallı vizual effektlərini, həm də axıcı oynanma təcrübəsini nümayiş etdirir.

Oyunun hadisələri Kovirdə baş verəcək

CDPR nümayəndələrinin açıqlamasına görə, oyun Şimal krallıqlarından biri olan Kovir ərazisində baş verəcək. Bu bölgə Praxenna körfəzi ilə Əjdaha dağları arasında yerləşir və yeni sərgüzəştlər üçün zəngin imkanlar yaradır.

Oyun dünyasının sevilən qəhrəmanı Ciri bu dəfə Kelpi adlı atla səyahət edəcək. Realist at sürmə mexanikası üçün isə Unreal Engine 5 texnologiyasından istifadə olunub.

Canlı ekosistem və inkişaf etmiş NPC sistemi

Yaradıcılar yeni oyunda canlı və dinamik təbiət mühiti yaratmağa çalışdıqlarını bildiriblər. Bu məqsədlə Nanite Foliage texnologiyası tətbiq olunub, hansı ki, bitki örtüyünü daha real göstərməyə imkan verir.

NPC-lərlə bağlı da ciddi dəyişikliklər var. Göstərilən kəndlərdən birində eyni anda 300-dən çox NPC mövcuddur. Hər bir personajın öz davranış qaydası, animasiyası və günlük rutini var. Bu da oyunun dünyasını daha real və interaktiv edir.

İyun 5, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
PGL Belgrade 2025
CS2

PGL Belgrade 2025 ləğv edildi – turnir Buxarestdə studiya formatında keçiriləcək

by Nigar Məmmədova İyun 5, 2025
Yazanın adı Nigar Məmmədova

PGL Belgrade 2025 üzrə Counter-Strike 2 turniri artıq Serbiyada baş tutmayacaq. Təşkilatçılar gözlənilməz logistik çətinliklər səbəbilə tədbiri Buxarestə köçürmək qərarına gəliblər. Turnir əvvəl planlaşdırıldığı kimi böyük arenada deyil, PGL-in Buxarestdəki studiyasında keçiriləcək.

Rəsmi açıqlama

PGL şirkəti rəsmi bəyanatında bildirib:

“Gözlənilməz logistik çətinliklər səbəbilə, PGL Belgrade 2025 artıq Serbiyada deyil, Rumıniyanın Buxarest şəhərindəki studiyamızda keçiriləcək. Biz yenə də PGL formatına dərin hörmət bəsləyir və oyunçulara, azarkeşlərə yaddaqalan bir təcrübə yaşatmağa sadiq qalırıq. Serbiyaya gələcəkdə qayıtmağı səbirsizliklə gözləyirik.”

Turnirin əhəmiyyəti və əvvəlki nəticələr

Qeyd edək ki, PGL Belgrade 2025 ikinci yarımildə CS2 üzrə keçiriləcək ən vacib turnirlərdən biri hesab olunurdu və köhnə RMR sistemi əvəz edəcək yeni formatın bir hissəsi idi.

PGL-in Buxarestdə sonuncu turniri bu ilin 6–13 aprel tarixlərində baş tutmuşdu. 625 min dollar mükafat fondu uğrunda mübarizədə Team Falcons, finalda G2 Esports komandasını 3:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.

İyun 5, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
Ubisoft Forward
Oyun Xəbərləri

Ubisoft 2025-ci ildə illik yay təqdimatını ləğv etdi – yeni anonslar başqa platformalarda gözlənilir

by Nigar Məmmədova İyun 4, 2025
Yazanın adı Nigar Məmmədova

Ubisoft bu il üçün planlaşdırılan ənənəvi Ubisoft Forward yay təqdimatının keçirilməyəcəyini rəsmi şəkildə elan edib. Şirkət bunun əvəzində IGN Live və PC Gaming Show kimi üçüncü tərəf tədbirlərində iştirak edəcəyini açıqlayıb.

Ubisoft-un bu qərarı bir çox azarkeş üçün sürpriz olub – illərdir yay mövsümündə keçirilən bu təqdimatlar şirkətin əsas oyun anonsları ilə yadda qalırdı. Lakin Game File-a verdiyi açıqlamada Ubisoft-un nümayəndəsi bildirib ki, şirkət auditoriya ilə yeni ünsiyyət yolları axtarır. Analitiklərin fikrincə, bu addım Ubisoft-un marketinq strategiyasının dəyişməsi ilə bağlıdır.

Ubisoft-un əsas layihələrindən olan Assassin’s Creed Shadows üçün yeni Claws of Iwaji əlavəsi, eləcə də Prince of Persia: The Sands of Time Remake, Anno 117: Pax Romana, The Division Resurgence və Rainbow Six Mobile oyunları üzərində işlər davam edir.

Şirkət həmçinin Assassin’s Creed Shadows-un iki illik dəstəyə sahib olacağını və 2026-cı ildə kooperativ rejimə keçəcəyini planlaşdırır.

Ubisoft onu da vurğulayıb ki, bütün anons edilmiş oyunlar 2026-cı ilin 31 martına qədər, yəni cari maliyyə ili ərzində satışa çıxarılacaq. Azarkeşlərə bu layihələrlə bağlı alternativ tədbirləri izləmək, yaxud Ubisoft tərəfindən təşkil ediləcək fərdi təqdimatları gözləmək tövsiyə olunur.

İyun 4, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
Nintendo Switch 2
Oyun Xəbərləri

Nintendo klassik oyunlarını Switch 2 üçün təkmilləşdirdi – qrafika və performans zirvədə

by Nigar Məmmədova İyun 4, 2025
Yazanın adı Nigar Məmmədova

Nintendo şirkəti özünün məşhur eksklüziv layihələrinə genişmiqyaslı texniki yeniləmələr təqdim edib. Bu addım, 5 iyun tarixində satışa çıxacaq yeni nəsil Switch 2 konsoluna hazırlıq çərçivəsində atılıb.

Yenilənmiş versiyalar artıq yükləməyə açıqdır. Oyunçular yeni konsolu əldə etdikdən sonra bu dəyişikliklərdən tam istifadə edə biləcəklər. Əsas diqqət qrafika keyfiyyətinə, kadr tezliyinin sabitliyinə və kooperativ imkanlara yönəlib.

Əsas yeniliklərdən bəziləri:

  • Arms: HDR dəstəyi və artırılmış kadr tezliyi
  • Big Brain Academy: 4 nəfərlik multiplayer rejimi
  • Captain Toad: kooperativ oynama imkanı

Əfsanəvi layihələr – New Super Mario Bros. U Deluxe, Pokémon Scarlet & Violet, Super Mario Odyssey və The Legend of Zelda: Link’s Awakening – vizual baxımdan nəzərəçarpacaq dərəcədə yenilənib. Artıq bu oyunlar sabit 60 FPS ilə oynanır və daha aydın görüntü təklif edir.

Pokémon Scarlet & Violet artıq daha axıcı

Xüsusilə Pokémon Scarlet & Violet oyunundakı dəyişikliklər diqqət çəkir. İlk yayımlanan gameplay görüntüləri qrafikadakı irəliləyişləri və oyun prosesinin daha axıcı olduğunu nümayiş etdirir. Qeyd edək ki, bu yeniliklər yalnız texniki səviyyədədir – oyun məzmununa hər hansı əlavə edilməyib.

Pulsuz yeniləmələr

Nintendo bütün təkmilləşdirmələrin pulsuz təqdim olunduğunu vurğulayır. Oyunçular artıq sahib olduqları klassik oyunları heç bir əlavə ödəniş etmədən yenilənmiş formatda oynaya biləcəklər.

Ekspertlərin rəyi

İxtisaslaşmış analitiklər Nintendo-nun bu qərarını müdrik addım hesab edirlər. Təkcə çözünürlüyü artırmaqla kifayətlənməyən şirkət, oyunların orijinal üslubunu qoruyaraq onları müasir texniki tələblərə uyğunlaşdırıb. Bu da Switch 2-nin debütü ərəfəsində istifadəçilər üçün daha cəlbedici təcrübə vəd edir.

İyun 4, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
007 First Light
Oyun Xəbərləri

IO Interactive təqdim etdi: Agent 007 haqqında yeni oyun — 007 First Light

by Nigar Məmmədova İyun 4, 2025
Yazanın adı Nigar Məmmədova

Məşhur Hitman seriyasının müəllifləri olan IO Interactive studiyası öz növbəti layihəsini rəsmi olaraq elan edib. Yeni oyun — 007 First Light — dünya şöhrətli casus Ceyms Bondun gənclik illərindən bəhs edəcək.

Studiyanın paylaşdığı rəsmi məlumatda qeyd edilir:

“007 First Light — IO Interactive tərəfindən hazırlanıb yayımlanan tamamilə yeni Ceyms Bond oyunudur. Oyunçular dünyada ən sevilən agentin rolunu oynayaraq onun ’00 agenti’ statusuna yüksəliş yolunu izləyəcəklər. Bu tamamilə orijinal bir başlanğıc hekayəsidir.”

Hazırda təsdiqlənmiş platforma Nintendo Switch 2-dir. Bu haqda məlumat ilk dəfə Switch 2 Direct təqdimatında verilmişdi. Lakin ilkin anons zamanı bildirildiyi kimi, oyun digər əsas platformalarda da gözlənilir — bu, PlayStation və Xbox istifadəçiləri üçün də sevindirici xəbərdir.

IO Interactive bu həftə ərzində oyunun tam təqdimatını edəcəyini və eksklüziv görüntüləri paylaşacağını açıqlayıb. Bu təqdimat zamanı oyun prosesi, süjet detalları və buraxılış tarixi ilə bağlı daha ətraflı məlumat veriləcək.

İyun 4, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
Summer Game Fest 2025
Kibersport xəbərləri

Summer Game Fest 2025 üçün təqdimat treyleri yayımlandı – oyunsevərləri nə gözləyir?

by Nigar Məmmədova İyun 4, 2025
Yazanın adı Nigar Məmmədova

Summer Game Fest 2025-in rəsmi açılışından əvvəl tədbirin təşkilatçısı Ceff Kili tərəfindən ənənəvi həyəcanlandırıcı treyler yayımlanıb. Rolikdə bu ilin ən çox gözlənilən oyunlarının parlaq anları toplanıb. Treylerdə yer alan layihələr arasında bu adlar xüsusilə diqqət çəkir:

  • Kingdom Come: Deliverance 2
  • Clair Obscur: Expedition 33
  • DOOM: The Dark Ages
  • Split Fiction
  • Death Stranding 2
  • və digər iddialı relizlər

“Treyler — sadəcə ab-hava üçündür”

Ceff Kili bildirib ki, treylerdə oyunların göstərilməsi onların mütləq şəkildə tədbirdə təqdim olunacağı anlamına gəlmir. Onun sözlərinə görə, videonun montajını şəxsən özü edir və məqsədi sənayenin ümumi əhvalını çatdırmaqdır:

“Oyun treylerdədirsə, bu onun tədbirdə olacağına zəmanət vermir”, – deyə Kili qeyd edib.

Summer Game Fest 2025-in açılış mərasimi 6 iyun gecəsi keçiriləcək. Yayım Bakı vaxtı ilə 7 iyun saat 00:30-da (Kyiv vaxtı ilə 6 iyun 23:30) başlayacaq.

İyun 4, 2025 0 comments
0 FacebookTwitterPinterestEmail
Yeni Paylaşımlar
Əvvəlki paylaşımlar

Son ismarıclar

  • Petrichor Road “PUBG Global Series 2026 Circuit 1 S1” turnirinin çempionu oldu
  • Team Liquid-də yeni ixtisar dalğası: Yeddi ayda ikinci dəfə
  • Bilibili Gaming “First Stand Tournament 2026″nın qalibi oldu
  • BLAST Open Rotterdam 2026: NIP və MOUZ turnirlə vidalaşdı
  • Ceki Çan “Global Esports Games”in rəsmi səfiri oldu

Son şərhlər

No comments to show.

Son xəbərlər

  • Petrichor Road “PUBG Global Series 2026 Circuit 1 S1” turnirinin çempionu oldu
  • Team Liquid-də yeni ixtisar dalğası: Yeddi ayda ikinci dəfə
  • Bilibili Gaming “First Stand Tournament 2026″nın qalibi oldu
  • BLAST Open Rotterdam 2026: NIP və MOUZ turnirlə vidalaşdı
  • Ceki Çan “Global Esports Games”in rəsmi səfiri oldu

Kateqoriyalar

  • Facebook

© az-esports.com 2026. Bütün hüquqlar qorunur. Bu saytın məzmunu müəllif hüquqları ilə qorunur. Məzmunun tam və ya qismən surətinin çıxarılması, yayılması və ya istifadə edilməsi yalnız az-esports.com-un yazılı icazəsi ilə mümkündür.

My Blog
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri