Ubisoft bu il üçün planlaşdırılan ənənəvi Ubisoft Forward yay təqdimatının keçirilməyəcəyini rəsmi şəkildə elan edib. Şirkət bunun əvəzində IGN Live və PC Gaming Show kimi üçüncü tərəf tədbirlərində iştirak edəcəyini açıqlayıb.
Ubisoft-un bu qərarı bir çox azarkeş üçün sürpriz olub – illərdir yay mövsümündə keçirilən bu təqdimatlar şirkətin əsas oyun anonsları ilə yadda qalırdı. Lakin Game File-a verdiyi açıqlamada Ubisoft-un nümayəndəsi bildirib ki, şirkət auditoriya ilə yeni ünsiyyət yolları axtarır. Analitiklərin fikrincə, bu addım Ubisoft-un marketinq strategiyasının dəyişməsi ilə bağlıdır.
Ubisoft-un əsas layihələrindən olan Assassin’s Creed Shadows üçün yeni Claws of Iwaji əlavəsi, eləcə də Prince of Persia: The Sands of Time Remake, Anno 117: Pax Romana, The Division Resurgence və Rainbow Six Mobile oyunları üzərində işlər davam edir.
Şirkət həmçinin Assassin’s Creed Shadows-un iki illik dəstəyə sahib olacağını və 2026-cı ildə kooperativ rejimə keçəcəyini planlaşdırır.
Ubisoft onu da vurğulayıb ki, bütün anons edilmiş oyunlar 2026-cı ilin 31 martına qədər, yəni cari maliyyə ili ərzində satışa çıxarılacaq. Azarkeşlərə bu layihələrlə bağlı alternativ tədbirləri izləmək, yaxud Ubisoft tərəfindən təşkil ediləcək fərdi təqdimatları gözləmək tövsiyə olunur.