Cənubi Koreya ENC 2026-nı boykot edə bilər

by Nigar Məmmədova
0 comments

Cənubi Koreyanın kiberidman üzrə milli komandası “Esports National Cup (ENC) 2026” turnirində iştirakdan imtina etmək ehtimalı ilə üz-üzədir. Buna səbəb Koreya Kiberidman Assosiasiyası (KeSPA) ilə turnirin təşkilatçısı olan “Esports Foundation” arasında yaranan ciddi münaqişədir.

Seoul Sports“un yaydığı məlumata görə, ENC təşkilatçıları müəyyən oyunçuların adlarını önə çəkməklə Koreya millisinin heyətinin formalaşdırılmasına dolayısı yollarla təsir göstərməyə cəhd ediblər. Milli komandaya seçim zamanı tətbiq etdiyi sərt və şəffaf meyarları ilə tanınan KeSPA bu addımı assosiasiyanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirib.

Vəziyyətdən xəbərdar olan kiberidman rəsmilərindən biri “Esports Foundation”ın hərəkətlərini kəskin tənqid edib: “Milli komandanın heyətinin qurulmasına müdaxilə etmək artıq həddini aşmaqdır. Hər bir ölkənin özünəməxsus sistemi var və bu cür davranışlar hörmətsizlik nümayişidir. Turnirin böyük media miqyasına malik olmasına baxmayaraq, Koreyanın orada iştirakının məqsədəuyğunluğu ciddi sual doğurur”.

Hələlik yarışdan çəkilmə ilə bağlı rəsmi bəyanat verilməsə də, azarkeşlər ötən həftəsonu diqqətçəkən bir məqamı fərq ediblər. Belə ki, ENC-in rəsmi internet saytından Cənubi Koreya millisinə həsr olunmuş səhifə heç bir açıqlama verilmədən silinib.

Cənubi Koreya ENC 2026-nı boykot edə bilər

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın