Çinin Quancjou şəhərində keçiriləcək CS2 üzrə XSE Pro League 2026 turnirində mübarizə aparacaq ilk komandaların adları açıqlanıb. Ümumilikdə 16 kollektivin qatılacağı irimiqyaslı yarışda artıq 6 iştirakçının adı dəqiqdir. Yerdə qalan birbaşa dəvətlər (invite) isə komandaların 4 iyun 2026-cı il tarixinə olan VRS reytinqindəki mövqelərinə əsasən paylanacaq.
Yarış iyulun 1-də start götürəcək və iki mərhələdə keçirilərək 12 iyul tarixinədək davam edəcək:
- Qrup mərhələsi (1–5 iyul): Oyunlar İsveçrə sistemi (Swiss format) üzrə keçiriləcək. Ən yaxşı nəticə göstərən 8 komanda pley-offa vəsiqə qazanacaq.
- Pley-off mərhələsi (9–12 iyul): Turnirin həlledici mərhələsi birbaşa məğlubiyyət (Single-elimination) sistemi ilə baş tutacaq.
Mükafat fondu və bölgüsü
Yarışın ümumi mükafat fondu 1 000 000$ təşkil edir. Bu məbləğ xüsusi bir sistemlə yarıbayarı bölünüb: 500 000$ hissə-hissə birbaşa oyunçulara, digər 500 000$ isə kiberidman klublarına (təşkilatlara) ödəniləcək.
- Turnirin çempionu olacaq komanda 200 000$ (oyunçular üçün) və əlavə olaraq 60 000$ (klub payı) mükafat qazanacaq.
Təsdiqlənən ilk iştirakçılar:
- Legacy
- BetBoom Team
- 9z Team
- Alliance
- EYEBALLERS
- Ninjas in Pyjamas
