BLAST.tv Austin Major 2025 turnirinin ikinci mərhələsinin dördüncü turunda FURIA Esports komandası B8 Esports üzərində vacib qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.
Daylinews-az.com xəbər verir ki, GabrieL “FalleN” Toledonun kapitanlıq etdiyi Braziliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Andrey “npl” Kuxarskiynin rəhbərlik etdiyi Ukrayna klubu üçün bu məğlubiyyət hələlik turnirdən çıxmaq anlamına gəlmir.
Qarşılaşmanın xəritələr üzrə nəticələri:
- Mirage – 3:13 (B8 üstünlük göstərdi)
- Train – 13:6 (FURIA bərabərlik qazandı)
- Dust2 – 13:7 (FURIA həlledici qələbəni təmin etdi)
Bu nəticə ilə FURIA komandası 3 qələbə ilə növbəti mərhələyə vəsiqəni təmin etdi. B8 Esports isə 2:2 nəticəsi ilə turnirdə qalıb və beşinci turda taleyini həll edəcək.
Xatırladaq ki, M80 və TYLOO komandaları artıq yarışdan kənar qalıblar. BLAST.tv Austin Major 2025 ABŞ-da keçirilir və ümumi 1,25 milyon dollar mükafat fondu ilə 22 iyuna qədər davam edəcək.