League of Legends Esports Nations Cup 2026 Turnirinə Daxil Edildi

by Nigar Məmmədova
0 comments

Esports World Cup Foundation, 2026-cı ildə keçiriləcək Esports Nations Cup çərçivəsində rəsmən League of Legends turnirinin baş tutacağını təsdiqlədi. Milli komandaların mübarizə aparacağı bu möhtəşəm yarışda ümumilikdə 32 ölkə iştirak edəcək. Turnirin 1,5 milyon dollar məbləğində mükafat fondu var və yarışlar 21–29 noyabr tarixləri arasında keçiriləcək.

Yarışın formatı üç əsas mərhələdən ibarət olacaq. İlk olaraq Play-In mərhələsində 24 kollektiv hər birində altı komanda olmaqla dörd qrupda mübarizə aparacaq və hər qrupdan ən yaxşı iki komanda növbəti mərhələyə yüksələcək. Qrup mərhələsində isə cəmi 16 yığma (birbaşa dəvət alanlar və Play-In qalibləri) dörd qrupa bölünəcək. Hər qrupdan iki ən yaxşı komanda pley-offa vəsiqə qazanacaq. Pley-off mərhələsi “single-elimination” sistemi ilə keçiriləcək; bütün oyunlar “Best-of-3”, böyük final isə “Best-of-5” formatında baş tutacaq.

İştirakçıların formalaşdırılması xüsusi reytinq və seçmə mərhələlər əsasında həyata keçiriləcək. Təşkilatçılar Riot Games-in qlobal və regional yarışlarındakı nəticələrə əsasən yeni yaradılmış milli komandalar reytinqi üzrə 16 komandanı birbaşa dəvət edəcəklər. Daha 14 komanda isə regional onlayn seçmələr vasitəsilə müəyyənləşəcək:

  • Şimali Amerika,
  • Cənubi Amerika,
  • Qərbi Avropa,
  • Şərqi Avropa,
  • Cənub-Şərqi
  • Asiya + Okeaniya,
  • Asiya və Yaxın Şərq + Afrika regionlarının hər birinə iki slot ayrılıb. Bundan əlavə, iki əlavə “Wildcard” slotu nəzərdə tutulub ki, onların paylanma mexanizmi hələlik açıqlanmayıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın